Prezident: "Rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir"
“Bu gün biz gələcək barədə düşünməliyik. Bu gün inteqrasiya barədə danışanda biz indi rusiyalı sülhməramlıların yerləşdiyi sahədə inteqrasiyanın istənilən formasına hazırıq, orada çox adam yaşamır. Ümumiyyətlə, sizə deməliyəm, orada nə qədər insanın yaşaması barədə müxtəlif rəqəmlər olmaması üçün bilin ki, müharibədən əvvəl orada maksimum 60 min nəfər yaşayırdı. Biz bu məlumatları havadan götürməmişik. Biz, o cümlədən Azərbaycan peykləri vasitəsilə, obyektiv müşahidə vasitəsilə obyektiv nəzarət məlumatlarını götürmüşük”.
SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, hər kəs bizim üçün Dağlıq Qarabağ məsələsinin həmişə bir nömrəli məsələ hesab edildiyini və bu gün də bunun belə olduğunu başa düşür: “Lakin Azərbaycan dövləti operativ kəşfiyyat tədbirləri görməyə, orada nələr baş verdiyini bilməyə bilərdimi? Biz hazırda orada nələr baş verdiyini bilirdik və indi də bilirik. Müharibə vaxtı da bilirdik, müharibədən əvvəl də bilirdik. Əlbəttə, bu, bizə o vaxt da kömək edirdi, indi də kömək edir. Buna görə də indi rusiyalı sülhməramlılar tərəfindən əcnəbilərin gizlicə Dağlıq Qarabağa buraxılması ilə bağlı anlaşılmaz hərəkətlər bizi heyrətləndirir. Biz Rusiya tərəfi ilə razılığa gəlmişik ki, əcnəbilər oraya yalnız bizim icazəmizlə daxil ola bilərlər. Lakin razılaşma pozulur. Hələlik bu barədə daha danışmayacağam. Ola bilsin, bu mövzunu bir daha şərh etmək lazım gələcək, lakin bu faktdır. Yəni demək istəyirəm ki, biz praktiki olaraq kimin oraya gəlməsini və kimin oradan getməsini adbaad bilirik. Buna görə də belə imkanlara malik olduğumuz bugünkü şəraitdə biz, əlbəttə, hər şeyi izləyirik və izləyəcəyik”.

Xəbər lenti
DİQQƏT: Sabahdan hava pisləşir? - QURUM RƏSMİSİ
Sosial 15:58Sırğa: Qadın, yoxsa kişi aksessuarı? - VACİB FAKTLAR
Maraqlı 15:57Aktrisa Serenay Sarıkayanın doğum günüdür - FOTOLAR
Şou-Biznes 15:52Türkiyədə zəlzələ olub
Dünya 15:39Milli Məclisin deputatı ATƏT PA-nın Komitə sədri seçilib
Siyasət 15:27"Zirə" yeni futbolçu transfer edib
İdman 15:16DİQQƏT: Artıq "Telegram"da bu funksiyalar var
Texnologiya 15:12İlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşü olub
Siyasət 15:02Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
İqtisadiyyat 14:50Yekaterinburqda daha bir nəfər həbs edilib
Hadisə 14:35Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
İqtisadiyyat 14:33Acun ilk dəfə hakim qarşısına çıxdı
Şou-Biznes 14:30Şavkat Mirziyoyev Bakıda "Özbəkistan" parkını açacaq
İqtisadiyyat 13:50Qazaxıstanın Baş naziri Xankəndiyə gəlir
Siyasət 13:14Rusiyada 5,2 bal gücündə zəlzələ oldu
Dünya 13:13DİN rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib
Siyasət 12:50Sabah hava küləkli olacaq
Sosial 12:38“Üfüq” müsabiqəsinin qaliblərinin adları açıqlanıb
İqtisadiyyat 12:36“Neftçi” iki yeni futbolçu ilə anlaşıb
İdman 12:35“Qarabağ” Avstriyaya yollandı
İdman 12:26İvan Rakitiç “Zirə” ilə matçlarda oynamayacaq
İdman 12:10Şimali Kipr Prezidenti Azərbaycana səfərə gəlib - FOTO
Siyasət 12:08Şuşada 6-cı ECO biznes-forumu keçirilir
Sosial 11:16Mirziyoyev Azərbaycana yola düşdü
Siyasət 10:50Ötən gün 2 tondan artıq çətənə kolu məhv edilib
Hadisə 10:43Ziyəddin Səfərov OMON-çuların maşınında ölüb
Hadisə 10:39Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:27Pezeşkianın Azərbaycana gələcəyi təsdiqləndi
Siyasət 10:20Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:37Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
İqtisadiyyat 09:01Defne Samyeli 53 yaşını qeyd edib - FOTOLAR
Şou-Biznes 08:40Özəl xəbərlər
Digər xəbərlərDİQQƏT: Sabahdan hava pisləşir? - QURUM RƏSMİSİ
Sosial 15:58Sırğa: Qadın, yoxsa kişi aksessuarı? - VACİB FAKTLAR
Maraqlı 15:57
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 2,0054
+0,09%
-
GBP 2,3364
+0,02%
-
RUB 2,1663
-0,20%