Türkmənistan portalında “Xocalı faciəsi” adlı məqalə dərc edilib

Türkmənistanın "infoabad.com" informasiya saytında "Xocalı faciəsi" adlı məqalə dərc edilib. SİA xəbər verir ki, məqalədə Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin Xocalı faciəsi kimi daxil olmasından bəhs edilir. Qeyd edilir ki, Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə şəhərə hücum edərək azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər. Xocalı soyqırımının əsl mahiyyətinin üzə çıxarılmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusi qeyd edilir. 1994-cü ilin fevralında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdiyi bildirilir. Vurğulanır ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Həmçinin qətliamın şahidi olmuş xarici KİV nümayəndələrinin bu hadisələri işıqlandırması və ermənilərin "quldur" kimi təqdim olunması vurğulanır. Bildirilir ki, litvalı müəlliflərin lentə aldığı "Sonsuz dəhliz" sənədli filmi bu dəhşətli hadisələrə işıq salır. Məqalənin mətninin içərisində, həmçinin litvalı jurnalist Riçard Lapaitisin lentə aldığı "Sonsuz dəhliz" filmi yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...