Əli Kərimli siyasi tullantıya çevrilib

AXCP və "Milli Şura" "yan"ların göstərişlərini yerinə yetirən şarlatanlar olublar

Keçmişini unutmaq, əlbəttə ki, hər bir xalqın gələcəyinin təhlükə altına düşməsi deməkdir. Xalqın sərvətini talamış şəxslərin 28 il sonra yenidən həmin xalqın qarşısına çıxaraq, yalan danışması və absurd iddialar irəli sürməsi təəccüb dağurmaqla yanaşı siyasi riyakarlıqdan başqa bir şey deyil. Dağıdıcı müxalifət vaxt ötdükcə, xalqın onlardan üz döndərdiyini dərk etmədiyini hələ də başa düşə bilmir və siyasi meydanı da tərk etmək istəmir. Yəni anlaşılan odur ki, radikal müxalifət sivil siyasi mübarizə metodlarından istifadə etmək imkanlarını tükədib və çıxış yolu kimi xəyanəti seçib. Dərdləri bəllidir - Prezident İlham Əliyevin uğurlu siyasəti. 44 günlük Qarabağ Müharibəsində Azərbaycan cəmiyyəti bütün dünyaya birlik nümunəsi göstərdi. 30 illik işğala, ədalətsizliyə, fazişmə zərbə vuruldu. Tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilmədi. Eyni zamanda bütün dünya üçün örnək ola biləcək bir addım atıldı. Cənubi Qafqaz regionunda separatizmə zərbə vuruldu. Dünyanın başqa yerlərində baş qaldıracaq mümkün separatizm cücərtilərinə də layiq olduğu cavab verildi.

Ancaq Qənimət Zahidin etiraf etdiyi "bizim işimiz hökuməti şərləməkdir" arzuları xaosu yuvarlandı, Əli Kərimli kimi öz mənfəəti üçün hər cür tərbiyəsizliyi etməyə hazır olan zaman-zaman əl atdığı milli-mənəvi dəyərlərimizə zidd addımlarını bu gün də müxtəlif formalarda davam etdirsə də artıq, zibillikləlri eşələməkdən başqa bir şeyə nail ola bilmədi.

Əli Kərimlinin milliyyəti bilinməyən ləkəli vicdanına....

Ə.Kərimli kimilər bilməlidirlər ki, tarixi dəyişmək, saxtalaşdırmaq, unutmaq olmadığı kimi, zamanı da geri qaytarmaq, silmək olmaz. "Vaxt həyatın vicdanıdır, itirilmiş vaxt adamı itirilmiş vicdandan da artıq həyəcanlandırmalıdır» kəlamı ilə dəyərləndirən Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminlinin bu sözləri şər, böhtan yığıncağının baş keşişi olan AXCP sədri Əli Kərimlinin ləkəli vicdanına və boyuna biçilib. Yeri gəlmişkən, keşiş sözünü də təsadüfən işlətmədik. Çünki Əli Kərimli də erməni keşişləri kimi dağıdıcı ruha malik, pis niyyətli, insanlıqdan kənar əməllər sahibidir. Heç özünə də bəlli olmayan "siyasi fəaliyyəti" illərində daim ermənipərəst dairələrlə əməkdaşlıq, erməni əsilli Leyla və Arif Yunus, Xəmil həsənli, Gültəkin Hacıbəyli və bu kimilərə məddahlıq edən Əli Kərimlinin ətrafına toplaşanlar terroru, separatçılığı, faşizmi, dini radikalizmi dəstəkləyənlər, qaniçən, quldur "yan"ların göstərişlərini yerinə yetirən şarlatanlar olublar. Necə deyərlər, taylı tayını tapıb.

Torpaqlarımızın işğaldan azad edildiyi vaxtdan aylar keçsə də, hələ də erməni ağzı ilə danışan, düşmən üzərində qələbəmizə sevinməyən, "güclənən Ermənistan ordusu", "gözlənilən üçüncü müharibə», «erməni diasporunun fəaliyyəti" kimi təxribatları ilə qələbəmizə kölgə salmaq ənənələrinə sadiq qalan Əli Kərimli Azərbaycana qarşı təxribatlarını davam etdirir, insanlarda mənfi rəy formalaşdırmağa çalışır. Əli Kərimlinin xalqımıza qarşı bitməyən xəyanətinin haradan və nədən qaynaqlandığı bəllidir.

Bu o AXC-Müsavat cütlüyü idi ki, Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verən satqınlar, xəyanətkarlar, milliyyəti bilinməyən satqınlardır.

Dövlət başçımız bütün görüşlərində, müsahibələrində dönə-dönə bildirib ki, azərbaycan xalqı bilsin və görsün ki, torpaqlarımızı satan AXC-Müsavat cütlüyünün dövründə Şuşanın, Laçının, Kəlbəcərin düşmənə verilməsi böyük xəyanət idi. Ancaq bu gün AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşamız, Laçınımız, Ağdamımız, Kəlbəcərimi ermənilərin xarabazara çevirdikləri, dağıdıb, yandırdıqları ərazilərimiz bu gün əsl quruculuq, abadlıq meydanıdır. Artıq xalq torpaqlarımızı satanları tanıyır və satqınlara nifrət edir. Ərazilərimizi işğaldan azad edənləri dəstəkləyir, dövlət başçımızın müraciətlərindən irəli gələn göstərişlərin yerinə yetirilməsində elliklə iştirak edir. Əli Kərimlinin əsas məqsədi satqınlıq və xəyanət hesabına aldığı qrantların davamlı olmasını təmin etməkdən ibarətdir. Çünki Əli Kərimli kimi satqın və xəyanətkarların milliyəti olmur və bunlar unudurlar ki, bu cür zərərli tendensiyalara Azərbaycan cəmiyyəti çoxdan yox deyib. Çünki xalqın dəstək vermədiyi bir hərəkət gerçəkliyə çevrilə bilməz.

Azərbaycan dövlətini öz inkişaf və yüksəliş yolundan döndərmək mümkün deyil. Prezident İlham Əliyevin uğurlu siyasəti ölkəmizi istəməyən bütün dairələrin planlarını bundan sonra da darmadağın edəcək.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...