Araiki İrəvanda döydülər - SƏBƏB?

"Araik Arutyunyanın Ermənistandakı anlaşılmaz fəallığı ilə əlaqədar onu özünün və "Artsax"ın problemləri ilə məşğul olmağa çağırıram”. Bunu "Çiçəklənən Ermənistan” fraksiyasının millət vəkili Naira Zohrabyan fevralın 26-da jurnalistlərlə görüşü zamanı bildirib.

"Araik, Ermənistanın daxili siyasi problemləri ilə deyil, öz işlərinlə məşğul ol! Nikolla "Artsax"ı təslim etməyə razılaşdığın haqda düşün. Sən də buna görə məsuliyyət daşıyırsan”,- deyə o, vurğulayıb.

Deputat əlavə edib ki, bunkerdə olan və Anna Akopyana məxfi məlumat əldə etmək hüququ olmadığını söyləməyənlər də məsuliyyətə cəlb olunacaqlar.

Xatırladaq ki, Baş Qərargahın baş nazir Nikol Paşinyanın və hazırkı iqtidarın təcili istefasını tələb etməsi səbəbilə Ermənistanda daxili siyasi vəziyyətin gərginləşməsindən dərhal sonra Araik Arutyunyan İrəvana gələrək fəal şəkildə görüşlər keçirib.

Bu arada isə Onik Qasparyanla Qarabağ separatçılarının terrorçu lideri Araik Arutyunyan arasında baş tutan görüş də gərgin keçib.

Bu haqda məlumat yayan "168 Jam” qəzetinin məlumatına görə, görüş zamanı Arutyunyan Qasparyana təzyiq etməyə cəhd edib. Buna imkan verməyən Qasparyan Arutyunyana şillə vurub və görüş bununla da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə