304 erməni axtarışa verildi - RƏSMİ

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə görə 304 şəxsə qarşı ittiham irəli sürülüb və onlar axtarışdadır. Bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin şəxslərin 40 nəfəri Xocalı soyqırımı, digərləri isə Meşəli, Qaradağlı, Bağanis Ayrım qətliamları və başqa cinayətlərlə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...