Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük - Egemen Bağış

“29 il əvvəl 613 azərbaycanlı qardaşımızı qətlə yetirən Ermənistanın Xocalı qətliyamını şiddətlə qınayırıq”. SİA xəbər verir ki, bunu Türkiyənin Çexiyadakı fövqaladə və səlahiyyətli səfiri Egemen Bağış öz rəsmi Twitter hesabında deyib.

E.Bağış azərbaycanlıların yanında olduğunu vurğulayaraq bildirib ki, azərbaycanlı qardaşlarımızın kədərini paylaşırıq.

Qeyd edək ki, Səfir Çexiyada hər zaman azərbaycanlılara dəstək verən, Azərbaycan maraqlarını öz ölkəsinin maraqları kimi qoruyan bir diplomat kimi tanınır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...