İrəvan üzərindəki qırıcıların uçuşuna aydınlıq gətirildi Müdafiə Nazirliyi tərəfindən

İrəvan üzərindən hərbi aviasiya uçuşları planlaşdırılır. SİA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin əsas informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qevorq Altunyan RİA Novosti-yə açıqlamasında deyib.

Agentliyin məlumatında qeyd olunur ki, cümə axşamı və cümə günləri hərbi təyyarələr İrəvan üzərindən, özü də paytaxtın mərkəzindəki etiraz aksiyaları zamanı uçublar. RIA Novosti-nin uçuşların təyin olunub-olunmaması ilə bağlı sualını cavablandıran Altunyan, "Bəli, əlbəttə", deyə cavab verib.

Rusiyaya məxsus mətbuat səhifəsində qeyd olunur ki, Paşinyanın Rus İskəndərləri barədə düşünülməmiş ifadə etdiyi sözlərindən sonra İrəvanda başqa bir siyasi böhran alovlanıb. Ermənistanın Baş Qərargah rəisinin müavini, mətbuatda yer alan xəbərlərə görə, baş naziri lağa qoyduğu üçün, istefaya göndərildiyi, ardından da baş qərargah rəisinin istefası təklif barədə məlumatlar var.

Xatırladaq ki, cümə axşamı səhər Ermənistan Silahlı Qüvvələri Paşinyanın istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. Bu vaxt müxalifət barrikadalar təşkil edib və parlamentin yaxınlığında bir düşərgə qurub, səlahiyyətlilərlə danışıqlar, eləcə də baş nazirin istefasını tələb edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə