"Xocalı qətliamının tarixi insanlarımızın qanı ilə yazıldı" Ağali Kərimli

"Tarixdə törədilmiş soyqırımlardan ən dəhşətlisi Xocalı soyqırımıdır. Tarixin yaddaşına qara ləkə kimi həkk olunan Xocalı soyqırımı zamanı yüzlərlə dinc insanın erməni terrorçuları tərəfindən xüsusi zorakılıqla qətlə yetirilmiş, onlarla insane əsir və girov götürülərək, işgəncələrə məruz qalmışlar". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli bildirib.

Təşkilat sədri bir daha müdhüş qarlı-sazaqlı gecədə erməni terror maşının qurbanı olmuş insanların yaşdıqları tarici günü xatiırlayaraq bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan etdilər: "Təpədən dırnağa qədər müasir silahlarla silahlanmış rus-erməni hərbi birləşmələri hücüm edərək şəhəri tamamilə dağıdıb, əli yalın insanları qətlə yetirilmişlər. Xocalıda həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır".

A.Kərimli Ulu Öndərimiz Heydər Əliyevin Xocalı qətliamı ilə bağlı tarixi fikirlərini xatırlayaraq qeyd etdi ki, XX əsrdə bəşəriyyəti dəhşətə salan bu müdhiş cinayətə dövlət səviyyəsində hüquqi-siyasi qiymət yalnız Dahi Öndərimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra verilib: "Ulu Öndərimiz Heydər Əliyev faciənin onuncu ildönümü ilə əlaqədar xalqa müraciətində deyirdi: "Bütün bu qanlı hadisələrin qarşısının alınmamasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən-dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın ozamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalif qüvvələri də məsuliyyət daşıyırlar”.

A.Kərimli ürək ağrısı ilə bildirib ki, Xocalı qətliamı təkcə azərbaycanlılara qarşı soyqırımı deyildi, bu qətliam, eyni zamanda, insanlığa, bəşəriyyətə qarşı törədilmiş cinayət idi: "Dünya birliyinin Xocalıda törədilən soyqırım aktına susqun qalması ikili standartlardan xəbər verir. Reallığı dərk edib, haqqın yanında olan dövlətlərdə var. Məhz həmin dövlətlər Xocalıda törədilən erməni vəhşiliyini soyqırım aktı kimi tanıyıblar. Bununla belə, bütün hallarda bəşəriyyətə qarşı cinayət olaraq qəbul edilən Xocalı qətliamının tarixi şəhərdə yaşamış insanlarımızın qanı ilə yazıldı. Zaman keçsədə, erməni vəhşiliyi unudulmayacaq. Bu qətliam türk-müsəlman dünyasının yaddaşında əbədi olaraq qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...