Azərbaycanın qazandığı böyük zəfər ürəyimizdəki ağrını azaldıb - AÇIQLAMA ÖZƏL

“Bu gün Azərbaycanın tarixində və həmçinin dünya tarixində çox acı bir gündür. Xocalıda yaşanan böyük faciənin 29-cu ildönümüdür”. Bunu SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı fövqaladə və səlahiyyətli nümayəndəsi Erkan Özoral deyib.

Səfir bildirib ki, həmin faciədə vəhşicəsinə qətl edilən qardaşlarımızı bir daha yad edirik: “Lakin bu il əvvəlki illərdən fərqli olaraq ürəyimizdəki ağrını azaldan bir şey var. Bu da Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və qazandığı böyük zəfərdir”.

E.Özoral vurğulayıb ki, Xocalı faciəsinin qurbanı olan qardaşlarımızın ruhu bu gün şaddır: “Allah bütün şəhidlərə rəhmət eləsin, bir daha nə Azərbaycana, nə də Türk dünyasına belə kədər göstərməsin”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə