Xalqımız vətənpərvər oğulları ilə fəxr edir

YAP Qusar rayon təşkilatının kollektivi və partiya fəalları "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində 24 fevral tarixində rayonun Xürel kəndində şəhid Şixəliyev Anvar Vadimoviçin ailəsini ziyarət etmişdir. Qeyd edək ki, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Anvar Şixəliyevin anadan olmasının 20 ili tamam olur. Ad günündə şəhidin məzarını ziyarət etməyə ailə üzvləri, yaxınları ilə yanaşı təhsil aldığı məktəbin kollektivi də gəlmişdi. Şəhidin atası Vadim Şixəliyev oğlunun uşaqlıq illərindən, əsgərlik həyatından söz açıb. Anvarın cəsur, qorxmaz bir igid kimi böyüdüyünü qeyd edib, vətənpərvər oğlu ilə fəxr etdiyini, dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldığını bildirib. Şəhid Şixəliyev Anvar Vadimoviç Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarına görə "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilmişdir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə