“Xocalı soyqırımı qan yadaşımızdır”

YAP Ağdaş rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə Ağdaş və Qəbələ rayon təşkilatlarının gəncləri “Xocalı soyqırımı qan yadaşımızdır” adlı videoformatda görüş keçirmişlər. Görüşü YAP Ağdaş rayon təşkilatı gənclər birliyinin sədri Teymur Əmirli giriş sözü ilə açaraq Dağlıq Qarabağ münaqişəsinin ən qanlı və amansız səhifəsi olan Xocalı soyqırımı haqqında məlumat vermiş, bildirmişdir ki, erməni silahlıları 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal edərək, 613 dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanı amansızlıqla qətlə yetiriblər. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan "Xocalıya ədalət" beynəlxalq kampaniyası barədə danışan T.Əmirli bu kampaniyanın Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıdığını, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəldiyini bildirmiş, kampaniyanın bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərdiyini və hazırkı tarixdə 120 mindən çox şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyini qeyd etmişdir. Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Xocalı faciəsinin qurbanlarının da qisasının alndığını bildirmişdir.

Görüşdə cıxıs edən YAP Qəbələ rayon təşkilatı gənclər birliyinin sədri Anar Şirinov Xocalı soyqırımının hər zaman yaddaşlarda qalacağını, faciə qurbanlarının əziz xatirəsinin daima yad ediləcəyini bildirmiş, 44 günlük müharibədən söz açaraq parlaq qələbəmizdən danışmışdır.

YAP Ağdaş rayon təşkilatı gənclər birliyi idarə heyətinin üzvü Pərvin Əhmədov və YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin üzvü Fuad Abdullayev mövzu ətrafında çıxış etdilər.

Görüşdə regional əlaqələrin daha da artması üçün hər iki rayon təşkilatının gəncləri arasında bu cür görüşlərin davamlı olmasının zəruriliyi qeyd olunub.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə