Ən böyük təhlükə nədir? Putinə görə bu terrorizmdir

Rusiya Prezidenti Vladimir Putin terrorizmi ən böyük təhlükə adlandırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Federal Təhlükəsizlik Xidmətinin idarə heyətinin iclasında söyləyib.

O, qeyd edib ki, terrorizmlə mübarizə hər zaman aparılır.

"Hər şeydən əvvəl, daimi konsentrasiya, düşünülmüş önləyici əməliyyat tədbirləri ən kəskin, ən böyük təhlükə olan terrorizmlə mübarizəni tələb edir", deyə Putin iclas zamanı bildirib.

Prezidentin sözlərinə görə, keçən ilin dekabrında Çeçenistan və İnquşetiya ərazisində cinayətlər törədən son mütəşəkkil quldur dəstəsi məhv edilib, Suriyada da daxil olmaqla müxtəlif istiqamətlərdə bu sahədə iş gedir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə