Erməniyə nökərçilik edən cütlük - Əli Kərimli, Sevinc Osmanqızı

Azərbaycan Cənubi Qafqaz regionunun lider ölkəsi olaraq sosial iqtisadi sahədə getdikcə daha da inkişaf etməkdədir. Bu da ermənilərə nökərçilik edən bəzi sapı özümüzdən olan Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı, Sevic Osmanqızı və digərlərini ciddi narahat edir. Onlar aldıqları sifarişlərə əsasən Azərbaycanın əleyhinə qarayaxma kampaniyası aparır, ölkəmizin müstəqil siyasətinə və dinamik inkişafına maneə yaratmaq üçün müxtəlif çirkin vasitələrdən istifadə edirlər. Onların Azərbaycana qarşı məkrli planlarının reallaşmasında isə xaricdəki bəzi "siyasi mühacir"lər və ölkəmizdəki "beşinci kolon" xüsusi canfəşanlıq edir.

"Mühacir" adı ilə xaricə sığınan antimilli ünsürlərin, eləcə də ölkəmizdəki "beşinci kolon" nümayəndələrinin son zamanlar xüsusi fəallaş(dırıl)ması müşahidə olunur. Təbii ki, erməni mənşəli olanlar və erməni çörəyi ilə qidalananların məhz indi xüsusi fəallıq nümayiş etdirmələri bir sıra amillərlə əlaqədardır. Anti-Azərbaycan dairələrin, erməni lobbisinin və ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən "sapı özümüzdən olan balta"lar Azərbaycanın bu müsbət reallıqlarından ciddi narahatlıq duyduqlarına görə hərəkətə keçiblər. Onlar koronavirusun yayılmasına qarşı mübarizə məsələsi ilə əlaqədar sosial şəbəkələr vasitəsilə gerçəkliyə uyğun olmayan məlumatlar, daha doğrusu, dezinformasiyalar ortaya atmaqla sosial immuniteti azaltmağa, operativ və səmərəli tədbirlərin üzərinə kölgə salmağa, hətta vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçün xüsusi karantin rejiminin uzadılmasını manipulyasiya predmetinə çevirməyə çalışırlar. Çünki erməni lobbisinin maliyyəsi əsasında "fəaliyyət" göstərən bu antimilli ünsürlərin istəyi Azərbaycanda vəziyyətin gərginləşməsi, ölkəmizin xaos və anarxiya meydanına çevrilməsidir.

Erməni maraqlarının xidmətçiləri

Bu üzdəniraqlar ölkəmizdə koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayının artmasını, Azərbaycanın dərin sosial-iqtisadi problemlərlə üzləşməsini istəyirlər ki, bu məsələlərdən istifadə edərək Ermənistanın mənafeyinə uyğun, dövlətimizin maraqlarına zidd təbliğat kampaniyası apara, vətəndaşla dövlət arasında etimadsızlıq mühiti yarada bilsinlər. Bu isə birmənalı olaraq Vətənə, xalqa və dövlətə xəyanətin bariz nümunəsi - əyani ifadəsidir. Erməni lobbisinin "muzdlu ideoloji əsgərləri"nin sıralarına nəzər yetirərkən gözə çarpan ilk fiqurlardan biri keçmiş "diplomat" Arif Məmmədovdur. Gəncədə doğulmuş bu şəxsin nənəsinin erməni olması aşkardır – heç kimə sirr deyil. Rus hərbi tərcüməçilik məktəbini bitirmiş Arif Məmmədov erməni qohumlarının köməyi ilə təhsil alıb və işə düzəlib. Heç bir bilik və bacarıq sahibi olmadığına görə həbəş dilinə yönləndirilib. Bir müqayisə aparaq: konservatoriyaya imtahan zamanı istedadlı insanlar arasında əsas rəqabət tar, kamança, skripka, fortepiano və digər bu kimi çalğı alətləri üzrə təhsili almaq istiqamətində müşahidə edilir. İstedadı kifayət qədər olmayan və tapşırılanlar isə kontrabasa yönlənir. Elə Arif Məmmədov da türk, ərəb, fars və ya Avropa dilləri üzrə deyil, heç kimə lazım olmayan, beynəlxalq əhəmiyyət daşımayan həbəş dili üzrə təhsil ala bilib ki, bu da onun savadsızlığı və istedadsızlığının bariz nümunəsidir. Başqa bir məqam: Azərbaycan dilində normal danışa bilməyən satqın "diplomat"ın tez-tez istifadə etdiyi "kürü diplomatiyası" ifadəsi elə onun öz diplomatik fəaliyyətinin mahiyyətini əks etdirir. Vaxtilə Azərbaycanın AŞPA-dakı nümayəndəsi olmuş bu şəxs "ziyafət təşkil etmək" adı altında ayrı-ayrı məmurlardan maliyyə vəsaiti toplamış və mənimsəmişdir.

Bir zamanlar adı qonşu ölkələrdən birində casusluğa qarışmış, əxlaqsızlıq macəraları ilə "şöhrət" sahibi olmuş, erməni lobbisinin tapşırıqlarını yerinə yetirən Qənimət Zahidin isə səsləndirdiyi fikirlər onun xisləti və mahiyyətini tam əks etdirir. Neftin qiymətinin düşməsi barədə danışarkən dəfələrlə "maşallah" sözündən istifadə edən Q.Zahidin bu məsələyə görə sevincinin həddi-hüdudu olmamasını aşkar nümayiş etdirməsi onun xalqa və dövlətə düşmən münasibətində olduğunu göstərir.

Xəyanət yolu tutan simasızlar

"Jurnalist" adını və peşəsini istismar edən, məkrli niyyət, məsuliyyətsizlik və digər əxlaqi səbəblərdən Azərbaycanda heç bir kütləvi informasiya vasitəsində sona qədər çalışa bilməyən Sevinc Osmanqızı bu gün okeanın o tayında erməni lobbisindən aldığı siyasi direktivlər əsasında ölkəmizə qarşı "qara piar" kampaniyası aparanlardandır. Bu "istedad abidəsi" Azərbaycan cəmiyyətində 1002 sifət daşıyıcısı kimi tanınır. Xəyanət və satqınlıq simvoluna çevrilmiş antimilli ünsürlərin başında gələnlər sırasında Əli Kərimli xüsusi yer tutur. O, erməni lobbisinin, anti-Azərbaycan dairələrin xidmətçisi kimi çıxış edir. Hiyləgər planları ilə dostlarını, həmfikirlərini öz şəxsi ambisiyalarına və karyerasına qurban verən Ə.Kərimlinin hətta lider hesab etdiyi Əbülfəz Elçibəyin Türkiyədə müalicəsi üçün ayrılmış 150 min dolları, Çöhrəqaninin gözlərinin müalicəsi üçün Azərbaycanda toplanmış vəsaiti mənimsəməsi kimi faktlar onun mənəvi və siyasi əxlaqsızlığını aşkar nümayiş etdirir. Ermənilərdən pul alan, rəqiblərinin əleyhinə bütün separat danışıqlara gedən, sosial dəstəyə və elektorata malik olmadığına görə qorxudan heç bir seçkiyə qatılmayan, adı ictimai rəydə xəyanət və satqınlıq ifadələri ilə assosiasiya olunan Əli Kərimlinin indi "internet şousu" vasitəsilə özünü qəhrəmana çevirməyə, hakimiyyəti isə ləkələməyə çalışması cəhdləri cılız səylər kimi iflasa məhkumdur.

Beləliklə, görünən odur ki, Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsindən sonra, bəzi xarici maraqlı qüvvələrlə yanaşı müxalifətin başbilənləri, o cümlədən də Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Arif Məmmədov və digərləri ciddi təşviş və narahatçılıq keçirirlər. Çalışırlar ki, qarayaxma kampaniyaları ilə uğurlara kölgə salsınlar. Ancaq el məsəlidir, "sirkə nə qədər tünd olsa da, öz qabını çatladar". Bu üzdəniraq müxalif ünsürlər də nə qədər yaramaz və əxlaqsız sima ortaya qoysalar da, özlərini bir qədər də cəmiyyətin gözündən salacaqlar.

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...