“Hansısa bir görüş Putinin qrafikində hələ yoxdur” Dmitri Peskov

"Hələlik Səudiyyə Ərəbistanı və ABŞ rəhbərliyi ilə hansısa bir görüş Rusiya prezidenti Vladimir Putinin qrafikində yoxdur". SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Xeyr, bir həftə əvvəl baş verənlərdən başqa vəliəhd Şahzadə ilə söhbət, yaxud heç bir təmas hələ planlaşdırılmır", deyə Peskov Putinin Səudiyyə Ərəbistanı və ABŞ rəhbərliyi ilə təmasları planlaşdırıb planlamadığına dair sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, 15 fevral, bazar ertəsi günü Rusiya Prezidenti və Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Al Səud, telefonla OPEC + sazişinin həyata keçirilməsini müzakirə edərək, enerji bazarının sabitliyi üçün koordinasiyanı davam etdirmək niyyətlərini ifadə ediblər.

Onu da diqqətə çatdıraq ki, OPEC +, COVID-19 pandemiyasına görə tələbin azalması səbəbindən 2020-ci ilin may ayından bəri neft hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Lakin koronavirusun yayılması ilə bağlı vəziyyət yaxşılaşdıqca, mədən məhdudiyyətləri tənzimlənir. İttifaqın nazirlər monitorinq komitəsinin növbəti iclasının 3 mart tarixində keçirilməsi planlaşdırılır və 4 mart tarixində OPEC + razılaşmasında iştirak edən bütün ölkələrin iclasının keçirilməsi nəzərdə tutulur, hansıki, burada anlaşmanın gələcək taleyi barədə qərar veriləcəkdir. Nəzərə çatdıraq ki, OPEC + hal hazırda hasilatı 500 min bareldən çox olmayan artımlarla tənzimləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...