Hərəkat iştirakçıları universitet binasına soxulublar Ermənistanda istefa tələbi sərtləşir

Vətəndaş itaətsizliyi aksiyası iştirakçıları İrəvan Dövlət Universitetinin binasına daxil olublar. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, hərəkat iştirakçıları tələbələri və müəllimləri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə çıxış etməyə, bu proseslərdə iştirak etməyə çağırıblar.
Xatırladaq ki, sözügedən universitetin rektoru Qeqham Qevorqyan, keçən il 20 noyabr tarixində söylədiyi sözlərini bir daha təsdiqləyib. O, qeyd edib ki, bu hökumət istefa etməlidir. Eyni zamanda, Qevorqyan mülki itaətsizlik aksiyası iştirakçılarını ictimai asayişi pozmamağa da çağırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...