“Ermənistan təyyarəsi qaçırılıb” keçmiş müşavir Akob Caqaryan

“Ermənistan təyyarəsi qaçırılıb” keçmiş müşavir Akob Caqaryan

Ermənistan dünya aviasiyasının “qara siyahısında” yerini möhkəmləndirir. SİA armenianreport.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin keçmiş müşaviri Akob Caqaryan öz Facebook səhifəsində yazıb.

Ermənistanın baş nazirinin keçmiş müşaviri erməni təyyarəsinin qaçırılması barədə məlumat verib.
“21 fevral tarixində Ermənistan Mülki Aviasiya Komitəsinə Birləşmiş Ərəb Əmirliklərinin Mülki Aviasiya Baş İdarəsindən EK-FAA erməni qeydiyyat nömrəli Boeing-737 təyyarəsinin qaçırılması ilə bağlı teleqram daxil olub. Tallindən qalxan təyyarən İrəvana enməli imiş. Ancaq bunun əvəzinə havada, texniki xidmət üçün Əmirliyə getmək qərarı verilib. Amma "texniki nasazlıq üzündən" təyyarə Tehrana enib. Bu erməni təyyarəsinin qaçırılmasıdırmı? Yaxud, bu, Ermənistanın mülki aviasiyasında başqa bir fırıldaqçılıqdır, yoxsa səriştəsizlik?”, deyə sual edilir.

Mülki Aviasiya Komitəsi də bu suallara Facebook səhifəsində cavab verib.

“22 fevral 2021-ci il tarixində mətbuatda “Boeing 737” təyyarəsinin qaçırılması barədə xəbərlərin yayılması ilə əlaqədar Mülki Aviasiya Komitəsinin təyyarənin olduğu yerdən xəbərdar olduğunu və hal-hazırda müvafiq dövlət aviasiya orqanları ilə sıx əməkdaşlıq etdiyini qeyd etməyi lazım bilirik”, deyə Mülki Aviasiya Komitəsindən bildirilib.

İstintaq başa çatdıqdan sonra əlavə məlumat veriləcəyi qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə