Qalib Liderin Qələbə səfərləri dünyaya bir mesajdır - ŞƏRH

Bəli, bütün dünya bir daha gördü ki, Azərbaycana Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, xalqının, hər bir azərbaycanlının Prezidenti İlham Əliyev bütün sahələrdə Qalib Lider, Qalib Siyasətçi, Qalib Prezidentdir. Heç vaxt yurdu-yuvası, torpağı olmayan, onun-bunun qoltuğuna sığınıb "məzlum obrazına" düşməklə, yersiz, evsiz gəlib "evli, yerli" olmaları ilə ötən ilin sentyabrın 27-də işğalçı, vandal, barbarlığı ilə başladığı təxribatlara Azərbaycan Prezidenti İlham Əliyevin "İRƏLİ!" əmri ilə Müzəffər Ordumuzun əsgər və zabitlərini şücaətilə 30 il yurd-yuvalarından qaçqın düşmüş torpaq həsrətinə 44 gün ərzində Qalib gəlməklə bir daha dünyaya sübut etdi ki, Azərbaycanın bir qarış torpağı belə müzakirə mövzusu ola bilməz və işğalçı Paşinyan hakimiyyətinin yalağı, Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Aratunyan kimilərin sonu torpaqlarımızdan it kimi qovulmalarıdır!

Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində Qələbəsinin Qalib Lideri Prezident İlham Əliyevin Qalib torpaqlarımıza tarixi səfərləri dövlət başçımızın işğaldan azad olunan torpqlarımızın bərpası məsələsinə nə dərəcədə həssas yanaşdığının, həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulmasının həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Cari ilin fevral ayınnı 14-də Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın səfri də bu baxımdan əhəmiyyət kəsb edir. Dövlət başçısı Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən bildirmişdir: "Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır".

Dövlət başçısı hər tarixi səfərlərində dönə-dönə dünyaya mesajları ilə bildirir ki, bəli, 28 ildən sonra Qarabağı işğaldan azad etdik, Qarabağa qayıtdıq, Qarabağa sahibləndik. Bir daha Qarabağın onun olduğunu və bir daha bundan sonra kimsənin ona yiyələnə bilməyəcəyini göstərdik. Prezidentimizin "Qarabağ Azərbaycandır və nida" ifadəsi, eləcə də 44 günlük Vətən müharibəsində Onun rəhbərliyi ilə Azərbaycan xalqının və Azərbaycan Ordusunun Qələbəsi birn daha bütün dünyaya göstərdi ki, biz bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Bu, dövlətimizin, xalqımızın, ordumuzun, milli birliyimizin Qələbəsidir. Bu, haqqın və ədalətin zəfər çalmasıdır: "Heç kim bizi bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

"Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik"

Dövlət başçısı səfəri zamanı onu da bildirdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik: "Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək bax, buralara gəldik",- deyən Prezidentimiz onu da söylədi ki, Laçın rayonunun bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində azad edilmişdir, döyüş meydanında düşməni məğlub etdik və tarixi ədaləti bərpa etdik: «Bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Bəli, bu gün hər bir azərbaycanlı, bütün Türk dünya dünyası, həmçinin çətin günlərimizdə bizə dəstək olan, əməkdaşlıq edən dünya dövləri və beynəlxalq təşkilatlar, bir sözlə Azərbaycanın ədalətin, haqqın yolunda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev cənablarının 44 günlük Vətən Müharibəsinin Zəfər Qələbəsini elliliklə qəbul edərək, ardıcıl olaraq ölkəmizə səfərlər etməklə erməni vandalizminin törətdiyi cinayətləri öz gözləri ilə gördülər. Ən əsası isə, Prezident İlham Əliyevin azad olunmuş torpaqlara səfərləri işğalçı ölkə ilə bərabər, bütün dünyaya bir daha sübut etdi ki, torpaqların əsl sahibləri qayıdıb, Azərbaycan öz əbədi və əzəli torpaqlarını işğalçılardan azad edib və Qalib ölkənin Müzəffər Komandanı qazanılmış Qələbəyə möhürünü vurmaq üçün həmin ərazilərə tarixi səfərlərini edir. Səfər zamanı dövlətimizin başçısının avtomobili özünün idarə etməsi isə hər kəsə açıq şəkildə mesaj verdi ki, "Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm!. Azərbaycan xalqı və Prezidenti heç kəsdən və heç nədən qorxmur. Biz qalibik! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!".

Həmçinin, səfər zamanı bir daha növbəti mesajını verərək söylədi: "Biz hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın! Ermənistanı torpaqlarımızdan it kimi qovsaq da, yenə də bu düşmən, işğalçı dövlətdə revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar. Onlar anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını qaldırsın»,-deyə Prezident İlham Əliyev deyib ki, biz onları məhv etmişik, edəcəyik də: «Biz erməni faşizmini məhv etmişik. Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm texnika dağılıb, həm canlı qüvvə dağılıb. Özləri etiraf edirlər ki, müharibə zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan Ordusunda bir dənə də fərari olmayıbdır. Bu, xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun təzahürüdür. Aparılan siyasətin təzahürüdür".

Bəli, dövlət başçımızın davamlı səfərləri bütün dünyaya bir mesajdır ki, artıq bu cənnət guşələr tam mənada və əbədi olaraq Azərbaycanın nəzarətindədir, kimsə yenidən münaqişə xülyasına düşə bilməz. Dövlət başçımızın dediyi kimi: «Dünən Füzuli, Cəbrayıl, Xudafərin, sabah, birisi gün Hadrut, Xocavənd, Şuşa, Ağdam, Kəlbəcər, Laçın... Bütün Qarabağ! Bəli, biz gəlmişik, biz gəlirik, biz gələcəyik! Çünki Qarabağ bizimdir! Çünki Qarabağ Azərbaycandır! Çünki Qarabağ Azərbaycanındır!".

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...