"Erməni faşizminin məqsədi xalqımızın izini bu torpaqlardan silmək olub" ÖZƏL-ŞƏRH

"Erməni faşizminin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərin miqyası bilinmir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında AMEA Tarix İnstitutunun direktor müavini, tarix elmləri üzrə fəlsəfə doktoru Cəbi Bəhmənov deyib.

Tarix İnstitutunun direktor müavini qeyd edib ki, bu cinayətlərin miqyası 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti Müdafiə Şurasının İrəvan şəhəri və onun ətrafında yerləşən 9 min km ərazinin ermənilərə qüzəştə getməsi ilə bağlı qəbul etdiyi qərardan sonra daha da genişləndi: “1920-ci il 28 aprel işğalından sonra Azərbaycanın əlavə olaraq 20.8 min km. ərazisi 1921-1929-ci illərdə keçmiş SSRİ dövlətinin təzyiqi nəticəsində Ermənistan SSR tərkibinə verilib. Qəbul edilən bu cinayətkar qərar nəticəsində Naxçıvan ərazisi Azərbaycan ərazisindən ayrı salınıb. Burada imperiyanın əsas məqsədi Azərbaycanı öz caynağında saxlamaq idi. Bundan sonra erməni faşizmi 1918 -1920-ci illərdə Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı cinayətlərindən sonra Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarında tarixi abidələri dağıtmağa, toponimləri dəyişdirməyə başladı. 1935-ci ildən başlayaraq başda İrəvan şəhəri olmaqla bütün toponimlər dəyişdirildi. Bu, Azərbaycan xalqının tarixinə və mədəniyyətinə qarşı törədilmiş soyqırımı cinayəti və vandalizmi aktı idi. Bu cinayətləri törətməkdə erməni faşizminin əsas məqsədi Azərbaycan xalqının izini bu torpaqlardan tamamilə silib məhv etmək idi. Aparılan tədqiqatlar deməyə əsas verir ki, erməni faşizmi bunun üçün ən ağır cinayətlərə əl atmışdır".

C.Bəhmənov əminliklə bildirib ki, Prezident İlham Əliyevin dediyi kimi, İrəvan Azərbaycan torpağıdır, Zəngəzur Azərbaycan torpağıdır, Goyçə Azərbaycan torpağıdır və biz azərbaycanlılar bu torpaqlara mütləq qayıdacağıq, biz bütün işlərimizi bu istiqamətdə qurmalıyıq, fikri yaxın gələcəkdə reallaşacaqdır: "Vətən müharibəsində məhv edilən erməni faşizmi tarixi Azərbaycan torpaqlarından qovularaq orada da məhv ediləcəkdir. Mən buna bütün varlığımla inanıram”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...