Doqquz milyon sakin susuz qalıb

Texas əhalisinin təxminən üçdə biri su xətlərinin donması səbəbindən susuz qalıb. SİA xəbər verir kl, bu barədə CNN məlumat yayıb.

Yerli Ətraf Keyfiyyət Komissiyasının sözçüsü Qery Raspınin sözlərinə görə, su problemi ilə əyalətdəki ən azı 8.8 milyon insan baş-başa qalıb.

Ştatın qubernatoru Qreq Ebbott, içməli su paylamaq üçün Milli Mühafizəçilərdən və ordudan istifadə etdiyini söyləyib. "Təxminən 3,5 milyon şüşə btulka artıq çatdırılıb", deyə qubernator Twitterdə yazıb.

Qubernator qeyd edib ki, səlahiyyətlilər partlamış boruları və digər sınan texnikaları təmir etmək üçün ştatdan kənar santexniklər, işçilər işə götürürlər və sığortası olmayan ev sahiblərinin Federal Təcili Yardım İdarəsinin fondlarından xərclərini ödəyə biləcəklər.

Xatırladaq ki, qar fırtınaları və digər anomal hava şəraiti, arzuolunmaz hadisələr Texasda elektrik enerjisi və suyun kəsilməsinə, həmçinin ərzaq məhsulları üçün növbələrə, qaz qiymətlərinin artmasına və ştatın milyonlarla sakini üçün bir çox narahatlığa səbəb olub, onlarla Texas sakini ölüb və 4 milyondan çox insan işıqsız qalıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə