Baqramyan 26: “Gallup” araşdırma mərkəzi isbat edir ki, müxalifəti dəstəkləyən güclər... ” ANALİTİK
"Müxalifət bu gün növbəti dəfə Nikol Paşinyana qarşı kütləvi etiraz mənzərəsini yaratmağa çalışacaq. Əgər bütün administrativ və maliyyə resursları işə salınarsa, küçəyə bir neçə min adamı çıxarmaq mümkün olacaq". SİA xəbər verir ki, bu barədə hakimiyyətyönlü erməni teleqram kanalı (Baqramyan 26) yazır.
Qeyd olunur ki, əhalinin əsas hissəsi kimlərin erməni cəmiyyətinin başına gəlmək istədiklərindən nəticə çıxararaq revanşistləri ümumiyyətlə dəstəkləmir. O cümlədən, bir sıra nüfuzlu araşdırma mərkəzləri də erməni xalqının bütövlükdə müxalifəti təmsil edən keçmiş hakimiyyət adamlarına dəstək vermədiklərini müəyyən ediblər. "Gallup" araşdırma mərkəzi isbat edir ki, müxalifəti dəstəkləyən güclər 10%-i ötmür.
"Bu adamlar illər ərzində hakimiyyətdə olarkən Ermənistanı bürüyən problemlərin heç birini həll edə bilməyiblər"
"Belə bir aşağı reytinq etirazlar arxasından Robert Koçaryanın kölgəsinin görünməsinə görə deyil", yazılan fikirdə bildirilir ki, erməni xalqı bu adamın hakimiyyətə yiyələnəcəyi təqdirdə erməni dövlətçiliyinin birdəfəlik demontaj olunacağını da yaxşı bilir. "Səbəblər həm də ondadır ki, ötən üç ayda "müxalifət" (dırnaqlar onlarındır-R.R.) hər hansı bir əsaslı gündəm təqdim edə bilməyib: "Bundan əlavə, bu adamlar illər ərzində hakimiyyətdə olarkən Ermənistanı bürüyən problemlərin heç birini həll edə bilməyiblər. "Müxalifətçilər" neçə həmsərhəd rayonları ziyarət ediblər? Neçə döyüş mövqelərini avadanlıqlarla, təchizatlarla təmin ediblər? Hospitallarda neçə yaralıya baş çəkiblər? Neçə qaçqın ailələrinə yardım göstəriblər? Açıq mənbələri araşdırsaq – sıfır".
"Vətəni xilas edənlər" yeganə olaraq onlara qoşulmayanları, istər Nikol Paşinyanın elektoratı olsun, istərsə də 27%i təşkil edən neytral seqment olsun - onları təhqir etməklə seçiliblər"
"Vətəni xilas edənlər" ("Vətənin xilası naminə" ümummüxalifət hərəkatının lideri Vazgen Manukyanı və hərəkatı dəstəkləyən müxalifət partiyaları nəzərdə tutulur-R.R.) yeganə olaraq onlara qoşulmayanları, istər Nikol Paşinyanın elektoratı olsun, istərsə də 27%i təşkil edən neytral seqment olsun - onları təhqir etməklə seçiliblər. "Sürü", "zombi", "qoyunlar" – Ermənistanın patriotları yalnız bu kimi epitetləri irəli sürməklə guya Ermənistanı Paşinyanın hakimiyyətindən xilas etməyə çalışırlar. Baş nazirin özünü davamlı olaraq satqın adlandırırlar. Şübhə ya da ittiham etmirlər, məhz satqın adlandırırlar, guya ki, dövlətçiliyə xəyanət faktı artıq müvafiq orqanlar tərəfindən sübuta yetirilib".
"Nə zamana qədər sübutlar təsdiqlənməyibsə və məhkəmə qərarı yoxdursa, Paşinyana qarşı yönələn "satqın" epiteti şər-böhtandır"
"Noyabrn 10-dan başlayaraq müharibənin hərtərəfli və detallı araşdırılması, günahkarların cəzalandırılması, o cümlədən Ermənistan rəhbərliyinin mühakimə edilməsi barədə danışılır", deyə qeyd edilən fikirdə əlavə olunur: "Nə zamana qədər sübutlar təsdiqlənməyibsə və məhkəmə qərarı yoxdursa, Paşinyana qarşı yönələn "satqın" epiteti şər-böhtandır, hətta bu sizin xoşunuza gəlməsə belə".
Sonda bildirilir ki, baş verənlər çərçivəsində sağlam düşünən erməninin məntiqini belə formalaşdırmaq olar: "Paşinyana dəstək göstərmək özünə hörmət etməməkdir, "müxalifəti" dəstəkləmək həm özünə, həm də millətə hörmət göstərməməkdir".
Beləliklə, bu faktın özündən belə bir nəticə çıxarmaq olar ki, heç də bütün Ermənistan xalqı ani-Paşinyn etirazlarına qoşulmayıb və bu gün az-çox öz keçmişlərini unutmayan ermənilər onu da yaxşı dərk edirlər ki, əgər revanşist müxalifətçilər, habelə keçmiş hakimiyyət adamları iqtidara yiyələnsələr vəziyyət daha ağır yönə doğru inkişaf edə bilər. Bu baxımdan, istər Vazgen Manukyan olsun, istərsə də Robert Koçaryan olsun – onların heç biri ümumxalq dəstəyinə malik deyillər və küçələrdə onlara dəstək göstərən 20-30 minlik kütləni də bütövlükdə erməni xalqı adlandırmaq doğru hesab edilə bilinməz.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB