20-ci əsrin ən qanlı vəhşilikləri sırasında yer almış Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində dost Ukraynada anımla bağlı plankartlar və bannerlər asılıb. SİA xəbər verir ki, Ukraynanın müxtəlif şəhərlərində Xocalı-29 bannerlərində "Azərbaycanın faciəsi" fikirləri yer aıb və eyni zamanda, "Xocalıya ədalət" tələbi yazılıb. Bu tələb dünya ölkələrinin Xocalı qətliamının soyqırımı kimi tanınması prosesində fəallıqlarını artırmağa yönəlib.
Qeyd edək ki, dost Ukrayna xalqı Qarabağ məsələsində də daim özünü Azərbaycanın yanında olduğunu bəyan edib və xüsusilə 44 günlük Vətən müharibəsi zamanı ukraynalılar postsovet məkanında ölkəmizə ən çox dəstək göstərən xalqlar sırasında yer alıblar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB