2021-ci ildə artıq böyük və güclü Sovetlər İttifaqının dağılmasından 30 il keçir. Maraqlıdır ki, bu gün də nastolji hisslərə qapılıb həmin dövrün təəssüfünü çəkənlər yox deyil. Görən, buna dəyərmi? SİA bunu araşdırmağa cəhd erəcək.
Məsələn, bu gün bəziləri Sovet İttifaqının mövcudluğunun son illərinə qədər diktatura olduğunu iddi edirlər. Əslində onlar əsas da gətirirlər: mövcudluğu dövründə ittifaqda heç vaxt sərbəst seçkilərin keçirilməməsi ilə yanaşı bütün mühüm xəbərlər xalqdan gizli saxlanılırdı. Ölkədə yalnız bir partiya var idi - Sovet İttifaqı Kommunist Partiyası, yəni KPSS.
Ölkəyə Kommunist Partiyasının baş katibi və on nəfərdən ibarət Siyasi Büro rəhbərlik edirdi. Ömürlərinin sonlarına qədər bu vəzifəni tutanlar Siyasi Büro üzvlərinin yaşı 70-dən də artıq idi.
Onlar xalqa özlərini ildə üç dəfə göstərdilər: 1 May, Qələbə günü və 28 noyabrda. Yəni həmən gün onlar Qırmızı Meydandakı məqbərə tribunasından xalqa əl yelləyirdilər.
Şəxsən mənə hələ də müəmmalı qalan Siyasi Büroda oturan şəxslər, onların həyatı, lap elə özəllikləri barədə xalqa məlumatın verilməməsi idi. Yəqin məhz elə bunun nəticəsi idi ki, Qərbin yaratdığı “kremlinoloq” qrupunun əməkdaşları Siyasi Büronun ayrı-ayrı üzvləri barədə sadə sovet vətəndaşından daha çöx məlumatlı idilər.
Bildirək ki, “Kremlinoloq” qrupunun adı, Moskvanın mərkəzində təxminən 30 hektar ərazisi olan qapalı bir inzibati mərkəz olan “Kremlin” adı ilə bağlı idi.
Qeyd edilməlidir ki, kremlinoloqlar adi adamlar deyildi. Onların əksəriyyəti diplomat, ən aşağı halda, hərbi personala malik olan tədqiqatçılar idilər. Hətta deyilənə görə, onlar gizli fəaliyyət göstərməklə yanaşı, həm də fikirlərini də gizli saxlayırdılar.
Bir məqam da xatırlanmalıdır. Belə ki, 1980-ci illərin əvvəllərindən başlayaraq üç baş katibin - Leonid Brejnevin (1982-ci ildə), Yuri Andropovun (1984-ci ildə), Konstantin Çernenkonun(1985-ci il) bir-birinin ardınca ölümü Kremlin avtokratiyasına böyük zərbə vurmuş oldu.
Kremlinoloqlar bu ərəfəni Moskvada varis uğrunda ciddi bir döyüş kimi dəyərləndirirlər. O da maraqlıdır ki, Mixail Qorbaçov daha sonralar hakimiyyət uğrunda mübarizənin Qərbdə düşünüldüyündən də daha şiddətli olduğunu etiraf etmişdi.
Bütün bunların arasında maraqlısı isə bilirsiniz nədir? 1985-ci ilin martında Siyasi Büro Mixail Qorbaçovu SSRİ Kommunist Partiyasının Baş katibi təyin etməsi, bəli, məhz təyin etməsi. Çünki heç kim – hətta ən yaxşı kremlinoloqlar belə onun son Sovet lideri olacağını xəyal belə etmirdilər.
SİA-nın şərti əlavəsi: köhnə kişilər xatırlamış olarlar. Həmin ərəfədə Siyasi Büroda oturanlardan biri də Nikolay Podgornı idi. 1903-cü ildə Ukraynada doğulan bu şəxs SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Sədri idi. Sonralar aralarında elə də yaş fərqinə baxmayaqaq, Leonid Brejnev onu təqaüdə göndərdi. Səbəb nə idi? Səbəb, Avropada, xüsusən də, Avropanın kapitalist ölkələrində Rəyasət Heyəti Sədri vəzifəsinin Partiyanın Baş katibi vəzifəsi ilə müqayisədə daha ciddi qəbul edilməsi. Belə çıxırdı ki, Avropanın kapitalist ölkələri Sovetlər İttifaqının rəhbəri kimi SSRİ Kommunist Partiyasının Baş katibi Leonid Brejnevi yox, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Sədri Nikolay Podgornını görürdülər. Məh buna görə də, Leonid Brejnev “təqaüdə” göndərdiyi Nikolay Podgornının da vəzifəsini də zəbt etdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB