19 fevral 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının şura üzvlərinin, ərazi ilk partiya təşkilat sədrlərinin, Gənclər birliyinin və qadınlar şurasının iştirakı ilə 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair videoformatda hesabat yığıncağı keçirilib.
Yığıncağın işində YAP aparatının məsul əməkdaşı Həsən Daşdəmirovda iştirak edib. Yığıncağa Yeni Azərbaycan Partiyasının yaradıcısı, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin, II Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra onlayn tədbiri giriş sözü ilə YAP Şirvan şəhər təşkilatının sədr əvəzi Paşa Nəbiyev açaraq qeyd edib ki, yola saldığımız il Azərbaycan tarixinə zəfər və qalibiyyət ili kimi daxil olub.
Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində başlayan müharibədə ölkəmizin prezidenti İlham Əliyevin müzəffər Ali Baş Komandan kimi sərkərdəlik keyfiyyətinin, prinsipial və qətiyyətli mövqeyinin, ən ekstremal şəraitdə belə uğurlu diplomatiya yürütdüyünün bir daha şahidi olduq. 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın işğal olunmuş ərazilərin Prezident İlham Əliyevin baş komandanlığı ilə erməni qəsbkarlarından azad edildi. Ölkə tarixinin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən bu şanlı qələbənin əsasında həm prezident İlham Əliyevin liderlik keyfiyyətləri, həm də onun rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurları, xarici siyasətdə nailiyyətləri dayanır.
Paşa Nəbiyev qeyd edib ki, hesabat dövründə rayon ərazi ilk pariya təşkilatları əsaslı şəkildə təşkilatlanıb, bütün sahələrdə partiya üzvlərinin fəal iştirakı təmin edilib.
Daha sonra qeyd olunub ki, bu gün YAP Şirvan şəhər təşkilatında 5570 nəfər partiya üzvü fəaliyyət göstərir. Onlardan 1994 nəfəri ali, 2431 nəfəri orta-ixtisas, 1145 nəfər isə orta təhsillidir. Partiya üzvlərindən 5551 nəfəri azərbaycanlı, 18 nəfəri rus, 1 nəfər ləzgidir.
Partiya üzvlərinin 2720 nəfəri 18-35 yaşlı, 1917 nəfəri 36-45 yaşlı, 849 nəfəri isə 46-60 yaşlı, 84 nəfər isə 60 yaşdan yuxarıdır.
2020-ci il Şirvan şəhər Gənclər Birliyinin sıralarında 2720 nəfər, Qadınlar Şurasının sıralarında isə 2744 nəfər üzv vardır. Ötən son bir ildə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə, istərsə də Vətən müharibəsində və digər sahələrdə böyük əhəmiyyət kəsb edən uğurlara imza atmışıq. Ölkə prezidenti İlham Əıliyevin rəhbərliyi altında bütün qurumlarda məqsədyönlü islahatlar aparılıb.
Gənclər Birliyinin könüllüləri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində yaralanan qaziləri, eləcə də Şirvan şəhər Xəstəxanasında müalicə alan yaralı hərbiçiləri ziyarət edərək onlara müxtəlif adda hədiyyələr veriblər.
Bundan başqa könüllülərimiz pandemiya şəraitində müxtəlif məzmunlu tədbirlər və aksiyalar keçiriblər. “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyası çərçivəsində şəhərdə yaşayan tənha, köməyə ehtiyacı olan, yaşlı, fiziki imkanları məhdud olanlara, xəstələrə müxtəlif təyinatlı yardımlar göstərilib.
Qadınlar şurası mütəmadi olaraq pandemiya ilə mübarizədə həssas ailələrə baş çəkərək onlara maddi və mənəvi dəstək olublar.
Qadınlar şurası tərəfindən bir çox şəhid ailələri ziyarət olunub, onların ailələrinə 1592 ABŞ dolları təqdim olunub. Təbii ki, bu son deyil qarşıdakı illərdə də YAP Şirvan şəhər təşkilatı öz üzərinə düşən vəzifələri uğurla icra edəcək və Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olmalarını əməli işləri ilə sübut edəcəklər.
Sonda partiya həyatında fəal iştiraklarına görə bir qrup YAP üzvü Fəxri fərmanla təltif ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB