Sabah Ermənistanda keçirilməsi gözlənilən anti-Paşinyan mitinqi ilə bağlı müxtəlif fikirlər gündəmə gəlməkdədir. SİA xəbər verir ki, erməni sosial şəbəkələrində çoxsaylı müzkirələrlə yanaşı, mitinqlə əlaqədar ironik münasibətlər də diqqətdən yayınmır. Belə ki, onlardan birində - “Mısli armyaniya” (erməninin düşüncələri) teleqram kanalında sabahkı mitinqlə bağlı, hətta ölkənin keçmiş prezidenti Robert Koçaryanın arvadının da çağırış etdiyi bildirilir.
“Görünür, sabah çox böyük mitinq olacaq. Hətta Koçaryanın arvadı həmin gündə birləşməyə çağırıb. Necə deyərlər, birləşin və hamılıqla Rusiya Federasiyasının tərkibinə”, deyə adıçəkilən kanalda yazılıb.
Məhz bu ironik münasibətdən də aydın nəticə çıxarmaq olar ki, anti-Paşinyan mitinqini keçirənlər Rusiyameyillilərdirlər və əgər onlar hakimiyyətə yiyələnsələr, Ermənistan bütünlüklə olan-qalan müstəqilliyini itirərək, Rusiyanın regionlarından birinə çevriləcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB