"Ləyaqəti və vətəni sevənlər 20 fevral Azadlıq Meydanında olmalıdırlar". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Alternativ Layihələr Qrupu”nun üzvü, “Nəsillər üçün Həqiqət” təşəbbüsünün qurucusu, politoloq Qeqam Nazaryan yazır.
“Ləyaqəti və vətəni sevənlər 20 fevral saat 15:00-da Azadlıq Meydanında olmalıdırlar. Hava şəraitinə və ya təhdidlərə baxmasınlar. Səngərdə dayanan, ölən erməni əsgərləri göydən indi bizi izləyirlər", deyə Qeqam Nazaryan bildirib.
Xatırladaq ki, 20 fevral saat 15:00-da İrəvanın Azadlıq Meydanında Vətənin Qurtuluş Hərəkatının mitinqi keçiriləcək. Bu mitinqə işğalçı ölkədə çoxdandır hazırlıq görülür və məqsəd ölkənin movcud hakimiyyətini devirmək, istefasına nail olmaqdır.
Qeyd edək ki, 44 günlük müharibəni acınacaqlı məğlubiyyətlə başa vuran Ermənistan tərəfi şərt və məcburiyyət qarşısında qaldıqdan sonra ölkənin rəhbəri, baş nazir Nikol Paşinyan kapitulyasiyaya imza ataraq, əzəli Azərbaycan torpaqlarından erməni silahlılarının çıxarılmasına, ermənilərin işğal etdikləri torpaqları tərk etməsinə qeyd-şərtsiz razılıq verib və həmin gündən etibarən ölkədə mitinqlər, narazılıq aksiyaları, nümayişlər start götürüb, biri-digərini əvəz edir. Görünür, demokratiyadan dəm vuran Ermənistan hakimiyyəti kütlənin, çoxluğun tələbini hesaba almır və ümumiyyətlə, bu ölkədə demokratiya yoxdur. Əksinə, indi Ermənistan hakimiyyəti insanların söz azadlıqlarını boğmaq üçün hətta qanun layihəsində də dəyişikliklər edir, cəza tədbirləri təyin edir və sərtləşdirir ki, kütlənin səsini boğsun. Bunun üçün edilən təhdidlər də bu ölkənin reallığıdır və ermənilər indi bu təhdidlərdən, cəzalardan çox qorxurlar. Heç şübhəsiz ki, "Ləyaqətləri varsa ermənilər mitinə toplaşsınlar", deməklə, “Nəsillər üçün Həqiqət” təşəbbüsünün qurucusu, politoloq Qeqam Nazaryan bu faktları, ümumiyyətlə, sadalananları təsdiqləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB