YAP Biləsuvar rayon təşkilatının məqsədyönlü sosial fəaliyyəti

YAP Biləsuvar rayon təşkilatının məqsədyönlü sosial fəaliyyəti

Dövlət başçısı cənab İlham Əliyevin ali diqqəti nəticəsində Biləsuvar rayonunda müxtəlif səhələrdə olduğu kimi ictimai sahədə də aktivlik müşahidə olunmaqdadır. Bir ilə yaxındır ki, ölkəmizin pandemiya ilə apardığı mübarizə, bu mübarizə də ictimaiyyətin dövlətlə birliyi uğurlu nəticələrə səbəb olmuşdur. Biləsuvar rayonu pandemiya ilə bağlı müəyyən müddət izolyasiya olunmuş rayonlardan olmasına baxmayaraq, sakinlərin dövlət başçısının və ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciətlərini böyük həssaslıqla dəyərləndirmiş və tez bir zamanda pandemiya ilə mübarizədə müsbət nəticələr əldə edilmişdir.

27 sentyabr 2020-ci iltarixində başlanan Vətən müharibəsində də Biləsuvar rayon ictimaiyyəti böyük coşqu ilə Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan ordusuna öz dəstəyini nümayiş etdirmişdir. Hər bir Biləsuvarlı bu haqq savaşında cənab Prezidentin ətrafında səfərbər olduğunu nümayiş etdirmişdir. Təsadüfi deyilki, Vətən müharibəsində iştirak edən Biləsuvar rayon sakinləri Ali Baş Komandanın sərəcamları ilə ali dövlət mükafatları ilə təltif edilmişdir. İstər şəhid, istər qazi, istərsə də müharibə iştirakçısı olan Biləsuvar qəhrəmanlarının ailələri də daima dövlətin diqqətində olmuşdur. Rayon İcra Hakimiyyətinin bu sahədə apardığı işlər cənab Prezidentin diqqətinin və qayığısının hər bir insanımızın üzərində olduğunun göstəricisi olmuşdur.

Bu gün də rayonda ictimai və siyasi sahədə aparılan işlər bütün gücü ilə davam etdirilməkdədir. Ümummilli Lider Heydər Əliyevin irsinin və dövlətçilik fəlsəfəsinin, Azərbaycançılıq məfkurəsinin araşdırılması, öyrənilməsi, geniş təbliğ edilməsi məqsəd ilə sistemli işləri davamlı olaraq həyata keçirən YAP Biləsuvar rayon təşkilatı pandemiya ilə bağlı ictimai məlumatlandırma, pandemiya səbəbindən social vəziyyəti ağırduruma düşən ailələrə social dəstək tədbirlərini də davam etdirmişdir. Partiya təşkilatının Vətən müharibəsi iştirakçılarına, onların ailələrinə, şəhid və qazi ailələrinə qayğısı son günlər mütəmadi və sistemli hal almışdır. Belə bir həssas dönəmdə dövlət qurumlarının gördüyü hər bir işə həssas yanaşmaq, yaxından dəstək olmaq rayon təşkilatının iş prinsipinə çevrilmişdir.

Son birayda 7 şəhid ailəsi, 12 Vətən müharibəsi qazisinin ailəsi YAP Biləsuvar rayon təşkilatının əməkdaşları tərəfindən ziyarət olunmuş, ailələrin problemləri dinlənilmiş və hər bir ziyarət edilən ailəyə social dəstək göstərilmişdir. Prezident cənab İlham Əliyevin Vətən müharibəsi şəhidləri, qazi və iştirakçılarına yüksək həssas münasibəti, onların hər birinin xüsusi qayğıyla əhatə olunması göz qabağındadır. Ziyarət olunan hər bir ailə dövlətin onlara göstərdiyi diqqətdən hədsiz razılığını ifadə etmişdir.

Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin social müdafiəsinin gücləndirilməsi ölkəmizdə dövlət başçısı tərəfindən həyata keçirilən social siyasətin əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər social qruplar kimi, əlillərin və şəhid ailələrinin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb. Yaradılan imkanlar və Prezident cənab İlham Əliyevin öz fəaliyyəti ilə göstərdiyi əməli nümunələr, qarşımıza qoyduğu aydın hədəflər bizimdə bu sahədə gündəlik fəaliyyətimizə stimul olmuşdur. Partiyamızın sədri İlham Əliyevin fəaliyyətini və göstərdiyi hədəfləri rəhbər tutaraq YAP Biləsuvar rayon təşkilatı bu gün də fəaliyyətini inamla davam etdirir. Hazırkı və gələcək fəaliyyətimizdə social qayğıya ehtiyacı olan insanlarla bağlı geniş miqyaslı layihələrin həyata keçirilməsi prioritet hesab edilir. Ən həssas qruplar olaraq isə Vətən müharibəsi iştirakçıları, qazi və şəhid ailələri əsas hədəf qruplarıdır.

Aqşin Bağırov,

YAP Biləsuvar rayon təşkilatının sədr əvəzi

Bütün xəbərlər Facebook səhifəmizdə