Anti-milli ünsürlərlə haqq-hesab çox ağır olacaq - ŞƏRH

Anti-milli ünsürlərlə haqq-hesab çox ağır olacaq - ŞƏRH

Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun "Milli Şura" ilə bağlı dediyi fikirlər məni yaman tutdu. Çünki bu mənəviyyatsızların toplaşdığı bu ölü qurum, Ə.Əhmədovun dediyi kimi, bu ada nəzər salmaq kifayətdir ki, onun sözün əsl mənasında, antimilli şura olduğuna əminlik yaransın: "Özünə şərəfli bir ifadədən istifadə edərək ad qoymuş "Milli Şura"nın nə millət, nə də xalq anlayışları ilə hər hansı əlaqəsinin olmadığını Azərbaycanda uşaq da bilir. Şübhəli və qaranlıq niyyətlərini gizlətmək üçün "xalq", "millət" anlayışlarının bəzi partiyalar və hərəkatlar tərəfindən konspirativ element kimi istifadə edilməsi tarixdən yaxşı məlumdur. 2013-cü il prezident seçkiləri ərəfəsində müxtəlif adlarla meydana gələn və nəhayət, "Milli Şura" adını qəbul edən qruplaşmanın Azərbaycanın milli maraqlarından qaynaqlandığını düşünmək siyasi sadəlövhlükdən başqa bir şey deyil. Sadəcə olaraq, həmin qruplaşmanın Azərbaycanın siyasi sisteminə uyğunlaşdırılması məqsədilə onun xalqda rəğbət yarada biləcək ad altında təqdimatı kimi konspirativ metoddan istifadə edildi. Nəticə etibarilə "Milli Şura" adlanan, əslində millət və xalq anlayışları heç bir əlaqəsi olmayan pozucu, mahiyyətcə isə antimilli qruplaşma yaranmış oldu. Buna görə də onun "Milli Şura" deyil, "antimilli şura" adlandırılması daha doğru və ədalətli olar".

Əgər bu reallığı anlaya bilsəydilər. Anlasaydılar 7-8 il belə cinayətkar yol getməzdilər və bundan sonra da bu reallığı anlamayacaqlar. Çünki onların mayası Azərbaycanın reallıqlarını təhrif etmək, onun imicinə ləkə yaxmaq, anti-Azərbaycan təbliğatı aparmaq olub. "Milli şura"da toplananlar həmin bədniyyət və bəduğurların qalıqlarıdır. Və...

Cəmil Həsənli kimilər "insane" ola bilməz

Bəli, 28 ildir ki, "müxalifət" adı ilə yol gedənlər bu gün sosial söyüş müxalifəti olmaqları ilə dövlətə, xalqa, Azərbaycanın uğurlu inkişafına, dünya da belə bir qələbənin əldə olunması mümkün olmadığı halda Azərbaycan 30 il ərzində mənfur erməni təcavüzkarlarının 44 gün ərzində ərazi bütövlüyünün, ədalətin bərpa olunmasına nail olaraq tam Qələbə qazanaraq – Qarabağ Azərbaycanımıza qovuşmağımıza qara yaxan AXCP-"Milli Şura"nın erməni dəyirmanına su tökənlər elə zənn edirlər ki, bu əxlaqsızlıqları və böhtanları ilə xalqın dəstəyini bəlkə "qazandılar". Ancaq onların bu "arzusu" "qaşınmayan yerdən qan çıxarmağa" bənzəyir. Necə deyərlər: qaş düzəltdikləri yerdə vurub göz...kimi. Ay bədbəxt məxluq, məgər bilmirsiniz ki, 2003-cü ildən zibiliklərin "arxivinə" atılmsınız. Ən iyrənci isə odur ki, xalqımız, bütün türk dünyası ilə bərabər bir çox dünya dövlətləri əldə edilmiş, minlərlə şəhidin qanı bahasına qazanılmış qələbə sevincimizlə şərik olduqlarını və işğaldan azad olunun torpaqlarımızın bərpasında dəstək verəcəklərini bildirdikləri halda, erməni üfunəti verən AXCP-"Milli Şura" Ermənistanın iqtisadiyyatı ilə bağlı dediyi qeyr-obyektiv rəqəmləri eşitdikdə Əli Kərimlinin, Cəmil Həsənlinin, Gültəkin Hacıbəylinin, Leyla Yunusun nə qədər alçaq, mənəviyyatsız satqın olduğunun göstərir. Və adları deyilən bu satqınlar sosial şəbəkələrdə ardıcıl olaraq çıxışlar edərək böhtanlar deməkdən usanmır.

Reallığı danmaq olmaz

Ancaq Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbıbəyli, Leyla Yunus, Xədicə İsmayıl, Qənimət Zahid, Sevinc Osmanqızı, Vidadi İsgəndərli... kimi mənfurlar ölkəmizin beynəlxalq aləmdəki artan nüfuzundan qaşınmaya düşərək beynəlxalq aləmdə haqqımızda mənfi rəy formalaşdırmaq üçün min bir fitnə-fəsada əl atır, ağlagəlməz yalanlar, böhtanlar uydururlar. "Sapı özümüzdən olan balta"lardan istifadə edən ermənilərə haqq qazandıran bu vicdanı olmayan ermənipərəst qüvvələrin çirkli pulları və anti-Azərbaycan qüvvələrin tula payı alan bu mənfurlara Azərbaycanın o çörəyi haram olsun! Az qalıb, xalq, qanun qarşısında cəza çəkməyinizə. Axı, bütün dünyaya bəllidir ki, Sevinc Osmanqızının atasını ermənilər vəhşicəsinə qətlə yetiriblər. İndi bu qəddar, faşist xislətli millət Sevinc Osmanqızına niyə bu qədər əziz olub? Nəyə əsaslanaraq milli maraqlar məsələsində ermənilərin yanında necə ola bilirsiniz? Məgər indiyədək ermənilərin soydaşlarımıza qarşı törətdikləri terror aktlarından, vəhşiliklərdən, işğal siyasətindən, yaxud, dünyanı lərzəyə salan Xocalı faciəsindən bixəbərsiniz? Əgər Avropanın mərkəzində, eləcə də Amerikada və digər ölkələrdə soydaşlarımız erməni vandalizminə, sərhədboyu əraziərdə törətdikləri təxribatlara, günahsız hərbçilərin, mülki əhalinin, uşağın, ağsaqqalın, ağbirçəyin qətlə yetirilməsinə etiraz əlaməti olaraq dinc aksiya keçirirlərsə, niyə ermənilərdən betər Vidadi İsgəndərli, Sevinc Osmanqızı, Arif Məmmədov... etiraz edirlər? Bu xəyanətkarlar ermənilərə və onların havadarlarına xoş görünmək və gündəlik yeməklərini artırmaq naminə bütün bunlarda Azərbaycan hakimiyyətini günahlandırır, "zavalı" ermənilərin heç bir günahı olmadığını iddia edirlər. Bu xəbis niyyətlərini sosial şəbəkələr vasitəsilə həyata keçirən satqınlara azərbaycanlı demək olarmı?

Bu gün dünya ictimaiyyəti, hətta, Ermənistan dövlətinin üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da işğalçı ölkəni müdafiə etmədi və haqqın tərəfində dayanaraq Azərbaycanın haqlı olduğunu bildirdi. Ancaq satqınlar – vidadilər, sevinclər, ariflər... öz qan qardaşlarının – ermənilərin yanında olduqlarını açıq şəkildə bəyan etdilər. Artıq belə sosial şəbəkə dəllallarının qarşısının alınması üçün Azərbaycan xalqı, qanunu qarşısında tezliklə cavab verəcək və Azərbaycan xalqı belə satqınları heç vaxt bağışlamayacaq.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə