Gürcüstan parlamentində Azərbaycan ilə dostluq qrupu yaradılıb. Qrupda 36 deputat yer alacaq.
SİA xəbər verir ki, bununla əlaqədar Gürcüstan parlamentinin fevralın 16-da keçirilən iclasında parlamentlərarası dostluq qrupları haqqında qərar qəbul olunub.
Qərar layihəsində deyilir ki, Azərbaycan Respublikası Milli Məclisi ilə dostluq qrupuna parlamentin vitse-spiker Kaxaber Kuçava rəhbərlik edəcək. Qrupun 36 üzvü arasında azərbaycanlı deputatlar Zaur Darğallı və Savalan Mirzəyevin də adları var.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi ilə bundan əvvəlki dostluq qrupunda 62 deputat yer almışdı. K.Kuçava həmin qrupun da rəhbəri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB