Dəmirçi kəndinin Sədərək rayonunun inzibati ərazisinə keçməsi ilə bağlı - Plenar İclasa Tövsiyyə
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəd, “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.
Müzakirələrdən sonra sənədlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, qanun layihələrinə əsasən Şərur rayonun inzibati ərazi bölgüsündə olan Dəmirçi kənd inzibati ərazi dairəsindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB