Seçim dəyişilməzdir - TƏHLİL

Fakt ondan ibarətdir ki, Azərbaycan xalqının alternativsiz seçimi Prezident İlham Əliyevdir

Cəmiyyətin dəstəyindən tamamilə məhrum olan dağıdıcı müxalif partiya sədrlərinin siyasi fəaliyyətlərində ciddi problemlərın mövcudluğu onların milli-siyasi məkanda uğurlar əldə etmələrinə mane olur. Daha doğrusu, ictiami rəyin rəğbətini qazanmaq üçün konkret proqram və ya ideya irəli sürə bilməməri, bəzən isə bu kimi gözləntilərin əksinə olaraq xarici maraqlı qüvvələrin sifarişlərinə əsasən pozuculuq aktları törətməyə cəhd etmələri onlara olan nifrətin bir qədərdə genişlənməsinə səbəb olur. Bu baxımdan əminliklə demək olar ki, ölkəmizdə bütün sahələrdə inkişafa, tərəqqiyə nail olunsada, Azərbaycanın inkişaf tarixinin 30 illiyi dönəmində dəyişməyən yalnız dağıdıcı müxalifətdir. Yenədə küçə təfəkkürlü davranış, fərqli görünməyən meydan çağrışları. Qısası, xarici qüvvələrin qrantlarına satılan dağıdıcı müxalifətin əsas mübarizə istiqamətləri Azərbaycanın imicinə zərər vurmaq və əldə etdiyi mütərəqqi uğurlarına kölgə salmaqdır. Hətta o dərəcə də, ağıllarını itirib, xarici qüvələrin gəlişi gözəl vəddlərinə aludə olublar ki, 44 günlük Vətən müharibəsi dönəmində qazanılan parlaq qələbəmizə kölgə salmağa belə cəhdlər göstərirlər.

İndiki müxalifət torpaqlarımızın işğal olunmasının əsas günahkarıdır

Halbuki, torpaqlarımızın yağı düşmən tərəfindən zəbt edilməsinin əsas günahkarı elə, indiki müxalifətin boşboğaz ünsürləridir. Haqlı olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev fevralın 14-də Laçın rayonunun Güləbird kəndində Azərbaycan bayrağını qaldırdıqdan sonra, çıxışında AXC-Müsavat mənfur cütlüyünün hakimiyyətə gəlmək üçün bu torpaqları düşmənə satdığını bildirdi: "Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı yox idi. 1992-ci il mayın 8-də Şuşanın işğalından 10 gün keçəndən sonra Laçın rayonu işğal altına düşdü. Bu, böyük faciə idi. Hər bir rayonun itirilməsi böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı dağıdılıb, insanlar öz dədə-baba torpaqlarından didərgin salınıb. Eyni zamanda, Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt unutmasın".

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev onu da bildirdi ki, o vaxt hakimiyyəti yıxmaq üçün Bakıda mitinqlər təşkil edirdilər, çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək üçün istənilən satqınlığa hazır idilər və bu satqınlığı etdilər: "Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti altında qüvvələr var idi. Şuşa ermənilər oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da satdılar və ondan sonra heç bir ay keçməmiş hakimiyyətə gəldilər. AXC-Müsavat cütlüyü bu satqınlığı, bu xəyanəti edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər də işğal altına düşəndən sonra qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır, bu satqınları, bu xainləri, bu düşmənləri unutmamalıdır! Onlar satıblar bizim torpaqlarımızı. Biz qaytarmışıq bu torpaqları, qayıtmışıq. Bax, durmuşam burada - Laçın rayonunda. Bu torpaqları düşməndən azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi Azərbaycan bayrağını qaldırmışam və bu bayrağın altında Azərbaycan xalqına doğma Laçın diyarından müraciət edirəm".

Prezident İlham Əliyev: " Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir!"

Azərbaycan Prezidenti onu da qeyd edib ki, bizim Qələbəmiz tarixi Qələbədir: "Biz tarixi ədaləti bərpa etdik. Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin qanını aldıq, biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Bir sözlə, indiki müxalifətin o zaman dağıdıb, viran qoyduğu Azərbaycanı Ulu Öndərimiz Heydər Əliyevin müdirik siyasəti və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində yenidən quruldu. Nəhayətdə, 30 ilə yaxındır ki, işğal altında olmuş Qarabağımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti ilə azad edildi. Ona görə də, hər cür pozucu xarakterli şoulara baxmayaraq dağıdıcı müxalifət heç bir halda xalqın dəstəyini qazana bilməz. Birmənalı şəkildə görünən və etiraf olunan fakt ondan ibarətdir ki, Azərbaycan xalqının alternativsiz seçimi Prezident İlham Əliyevdir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində həyata keçirdiyi taktiki strategiyası ilə “Qarabağ Azərbaycandır və nida işarəsi ” tarixi fikrini gerçək və real bir həqiqətə çevirdi. Vətən müharibəsi başlayandan Xalq-Ordu Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mənfur düşməni təslim olmağa məcbur etdi. Bununlada rəşadətli ordumuz təkcə Azərbaycan hərb tarixinə deyil, eyni zamanda müasir hərb tarixinə qıızl hərflərlə qəhrəmanlıq salnaməsi yazdı. Artıq Cənab Prezidentin də qeyd etdiyi kimi, status kvo və təmas xətti yoxdur, suverenliyi bərpa olunan qüdrətli Azərbaycan dövləti var. Buna görə yeddidən yetmişə qədə hər kəs Qarabağın fateh sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkürünü və minnətdarlığını bildirir.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə