Sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. 44 gündə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının diplomatik siyasəti, Güclü Azərbaycan Ordusunun, Rəşadətli qəhrəman və qorxmaz igid əsgər və zabitlərimizin və xalqımızın birliyi, həmrəyliyi nəticəsində əldə olundu. Dövlətimizin qətiyyəti, əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun "yenilməz ordusu" döyüş meydanında darmadağın edildi, diz çökdü. 44 gündə Böyük Vətən Müharibəsinin qələbəsindən 3 aydan çox zaman keçməsinə baxmayaraq, xalqımız, o cümlədən tərtərlilər son əsrlərin ən böyük zəfərini, Azərbaycanın yeni tarixinin yazalması sevincini, Ali Baş Komandanımızın rəhbrliyi ilə "Qarabağ Azəbaycandır və QƏLƏBƏ NİDA"-sının qoyulduğu tarixini yaşayır. Bu, qalibin məğlub üzərindəki - Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyev cənablarının diplomatik və qətiyyətli siyasətinin, Güclü Ordumuzun, rəşadətli əsgər və zabitlərimizin tariximizə yazılan haqqın qələbəsidir. Bu Azərbaycan xalqının qələbəsidir. Bu tarixi qələbə Azərbaycan xalqının öz Liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsinin qələbəsidir.
44 gün davam edən Vətən Müharibəsində ilk gündən əldə olunan qələbə müjdəsini də xalqına çatdırmaqdan qürur duyan Ali Baş Komandanımız bildirmişdi: "Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz".
Çünki bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin realllığıdır ki, Prezidentimizin ilk gündən çağrışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının dediyi kimi: "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!".
Azərbaycan düşmən üzərində tarixi zəfər qazandı. Həm də elə bir Zəfər qazandı ki, onilliklər boyu unudulmayacaq. Çünki bu Zəfər Azrbaycan Prezidenti İlham Əliyev 17 illik Prezidentlik fəaliyyətində sürətlə inkişaf etdirdiyi, möhkəmləndirdiyi hərbi gücünün reallığı idi və məhz Güclü Ordunun rəşadətli əsgər və zabitlərimizin igidliyi nəticəsində 44 gün ərzində beynəlxalq təzyiqləri layiqincə dəf etdi. Ən əsası, Ali Baş Komandan bir daha bütün dünyaya sübut etdi ki, heç bir qüvvə Azərbaycanı özünün haqq yolundan döndərə bilməz.
"Vətən müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq",- deyən dövlət başçımız: "Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır", - bildirmişdi.
Belə bir söz var, "düşmənin şərəflisi də hər kəsə qismət olmur". Şərəfsiz düşmənin gücü ordumuza, igid oğlanlarımıza çatmadıqda dinc əhalini hədəf alırdı. Ona görə də Azərbaycan xalqı güclü, qeyrətli xalqdır. Bu millət, bu dövlət uğrunda ölməyə də dəyər. Demək istəyirəm ki, 44 gün davam edən Vətən müharibəsində Tərtər həmişəki kimi düşmən üçün alınmaz qala oldu. Ermənilərin atdığı mərmilərdən, raketlərdən evlərimiz dağıldı, hərbi və mülki şəhidlərimiz oldu, ancaq hamı bir nəfər kimi Vətənin müsəlləh əsgərinə çevrildi. Bu müharibədə Tərtərə Azərbaycanın Stalinqradı, Çanaqqalası oldu. Bilirik ki, Stalinqrad və Çanaqqala uğrunda da ağır döyüşlər aparılmışdı. İstər Birinci Qarabağ savaşında, istərsə də Vətən Müharibəsində Tərtər əhalisi həmin o şərəfsiz işğalçı Ermənistanın atdığı mərmiləri, raketləri heç bir rayon sakinini qorxuda bilmirdi. Hər kəs dövlətimizin, cənab Ali Baş Komandanımızın siyasətini, rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarını, təmizlənmə prosesini yaxından izləyir, dəstəkləyirdi və bu gün də bu yoldadırlar. Tərtər və Bərdədə erməni terrorçularının dinc əhalini hədəf seçməsinə baxmayaraq, həyat öz axarı ilə davam edirdi və bu gün də davam edir. Rayon əhalisi arasında indiyə kimi olmadığı qədər güclü ruh yüksəkliyi var idi, hər kəs dövlət-dövlətçilik prinsiplərinə əsaslanaraq öz dəstəyini əsirgəmirdi, "müharibədirsə, evlərimiz də dağılacaq, gündəlik həyat tərzimizdə pozulacaq, Vətən uğrunda şəhidimiz də olacaq, yaralanan əsgər-zabitlərimiz də",-deyirdilər. Biz həmişə olduğu kimi, Vətən Müharibəsində də yumruq kimi birləşmişdik, əli silah tuta bilən hər kəs ön cəbhədə döyüşməyə hazır dayanmışdı. 44 gün davam edən Vətən müharibəsi döyüşlərində Tərtər rayon üzrə 39 hərbçi şəhidimiz olub, 150 nəfərdən çox hərbçi yaralanıb. Ermənilərin rayon ərazisini top və raketlərdən atəşə tutması nəticəsində 17 dinc sakin həyatını itirib, 60-dan çox mülki şəxs yaralanıb. Bu gün torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş və sağlamlığını itirmiş insanlarımızın problemləri hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyev və I vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Cari ilin yanvar ayının 25-də imzalanmış "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncam da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamlı olduğunun bariz nümunəsidir. Bu Sərəncam çoxsaylı ailələrə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməklə onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaq.
Sonda onu da vurğlamaq istərdim ki, tərtərlilər həmişə olduğu kimi, bu gün işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunmasında Vətənimizin güclənməsi, çiçəklənməsi naminə bundan sonra da daha əzmlə çalışacaq, "Dəmir yumruq" nəticəsində Azərbaycanın yeni tarixini yazan Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının arxasında sıx birləşəcəklər.
RAMİZ ŞABANOV,
YAP Tərtər rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB