Rusiya bu gün Qarabağda minaatanlardan istifadə edəcəksə, sabah... - ŞƏRH ÖZƏL

Rusiya bu gün Qarabağda minaatanlardan istifadə edəcəksə, sabah... - ŞƏRH ÖZƏL

“Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyətini rəsmiləşdirən 10 noyabr Bəyannaməsinə əsasən Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərində sülhməramlı missiya yerinə yetirməli olan Rusiyanın hərbi qüvvələri üç ay ərzində öz mandatından kənar fəaliyyətlə məşğuldur. Bəli, mandatından kənar dedikdə, sülhməramlı qüvvələrin beynəlxlaq mandatı yoxdur, bu gün sülhməramlı kimi deyil, real Rusiyanın peşəkar döyüşüçülərindən ibarət bir hərbi birləşməsi kimi fəaliyyət göstərirlər. Çünki, onların üç ay ərzində fəaliyyətləri yalnız sülhün və təhlükəsizliyin deyil. Separatizmi müdafiə edərək, 10 gündən bir hərbi təlimlər keçirirlər. Əgər, bunlar sülhməramlı qüvvələrdirsə, atıcı silahlara malikdirsə, geniş poliqonda onların hərbi təlimləri kimə və nəyə hesablanıb?!”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, demək, missiya başqadır və onların bundan sonra geniş çaplı proqramı var: “Artıq Rusiya sülhməramlı qüvvələri Ağdərdə kiçik və iri çaplı minatanalardan istifadə edərək təlimlər keçirir. Sülhməramlı qüvvələrin belə bir ağır silahlardan istifadə etməsi qadağandır və razılaşmada onların bu ağır silahlardan istifadə edilməməsi təsbit edilmişdi. Amma, porses göstərir ki, onların fəaliyyəti yalnız öz hərbi imlkanlarını inkişaf etdirmək, sülhü və təhlükəsizliyi deyil, aktiv döyüş aktivliyini qoruyub saxlamaqdır. Sual olunur, Rusiya sülhməramlı qüvvələrinin mainaatanlardan istifadə etməsi sonradan razılaşmaya salınıb? Əgər, belə razılaşma yoxdursa, rəsmi Bakı və Ankara ciddi şəkildə Rusiyaya etiraz etməli və belə bir ağır silahların istifadəsini qadağan etməlidir. Kiçik bir ərazidə heç bir təhdidin olmaması müqabilində sülhməramli qüvvələrinin minaatanlardan istifadə etməsi qəbuledilməzdir”.

M.Əsədullazadə vurğulayıb ki, Rusiya bu gün minaatanlardan istifadə edəcəksə, sabah Dağlıq Qarabağa ağır silahlar - tank, top və raket sistemləri də yerləşdirə bilər: “Bunun qarşısı alınmalı və Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti nizamnamə ilə tənzimlənməlidir. Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında Rusiya istədiyi hərbi hərəkətlilik ermənilərin güclənməsinə və azərbaycanlıların bu bölgəyə qayıtmamasına hesablanıb. Məhz Rusiya prezidenti V.Putin Rusiyanın Qarabağ məsələsində mövqeyinin möhkəmlənməsindən fəxr etdiyini qeyd edir. Amma, bu müvəqqətidir. Azərbaycan və Türkiyə birgə hərbi ittifaqı Qarabağda Rusiyanın bu hərəkətliliyini neytrallaşdıracaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə