YAP Qobustan rayon təşkilatı Vətən müharibəsində şəhid olmuş Nadirov Fədail Fərhad oğlunun ailəsi ilə görüş keçirib
YAP Qobustan rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası davam etdirir. YAP Qobustan rayon təşkilatının sədri Gülaliyev Füzuli , YAP fəalları Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Nadirov Fədail Fərhad oğlunun ailəsini ziyarət ediblər. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Fədail Nadirovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən YAP Qobustan rayon təşkilatının sədri Gülaliyev Füzuli xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
Görüş zamanı ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib, şəhidin ailəsinin problem və qayğıları ilə maraqlanılıb, ailənin sosial məişət problemlərinin aradan qaldırılmasına köməklik göstərilib və maddi yardım olunub.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB