“Mənim addımım”: “Heç nəyə baxmayaraq, Türkiyə ilə qarşılıqlı ticarət həyata keçirilir” İDDİA
“Sərhədlərin rəsmi açılışı, Ermənistanın Türkiyə və Azərbaycanla qarşılıqlı ticarət mühitinin təmin edilməsi kifayət qədər çox müxtəlif tipli manipulyasiyalara məruz qalmaqdadır”. SİA xəbər verir ki, Ermənistanın hakim “Mənim addımım” blokunun deputatı Hayk Gevorkyanın ənənəvi brifinqdə bənzər situasiyanın yaranacağı halda mümkün risklərlə bağlı suala verdiyi cavabını news.am saytı yazıb. Onun sözlərinə görə, artıq indi Ermənistanla Türkiyə arasında qarşılıqlı ticarət həyata keçirilir.
“Diplomatik münasibətlərin olmadığına, bizim bu ölkəyə hansı münasibət göstərməyimizə baxmayaraq, bu günün özündə belə həmin ticarət həyata keçirilir”, deyən Hayk Gevorkyan sərhədlərin açılacağı halda nəyin baş verəcəyi ilə bağlı məsələyə də toxunaraq bildirib ki, sərhədlər rəsmi qaydada açılarsa, öncə Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olduğunu da qeyd etmək lazımdır və Ermənistanın sərhədləri Avrasiya İqtisadi İttifaqının sərhədləri hesab olunur. Ona görə də türk məhsulları Ermənistan sərhədlərini keçərkən, Avrasiya İqtisadi İttifaqının maneələri və gömrük məhdudiyyətləri ilə qarşılaşa bilərlər.
“Mənim addımım” blokunun digər deputatı Sisak Qabrielyan isə bildirib ki, hazırda Ermənistan, Rusiya və Azərbaycan arasındakı danışıqlarda nə Türkiyə, nə də Azərbaycanla ticarət məsələsinə toxunulmur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB