Prezidentinin xüsusi nümayəndəsinin hüquqi statusu müəyyən edilir - RƏSMİ
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin, onun müavinin və nümayəndəliyin mütəxəsislərinin hüquqi statusu müəyyən edilir. SİA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna yeni anlayışlar daxil edilir.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.
Təklif müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB