Rusiya prezidenti Vladimir Putin Münhen konfransında çıxış etməyi planlaşdırmır. SİA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov RİA Novostiyə bildirib.
Qeyd olunub ki, onlayn formatda olacaq tədbir 19-20 fevral tarixlərində baş tutacaq və konfransda ABŞ Prezidenti Co Bayden, Avropa Komissiyası Başçısı Ursula von Der Lyayen, BMT Baş Katibi Antonio Qutteres, NATO Baş Katibi Yens Stoltenberq və ABŞ-ın İqlim İşləri üzrə Xüsusi Elçisi Con Kerry iştirak edəcəklər. Almaniya kansleri Angela Merkelin qoşulub-qoşulmayacağı hələ dəqiq deyil.
Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransı ənənəvi olaraq fevral ayında keçirilir. Forum ümumiyyətlə beynəlxalq sahədəki aktual məsələləri müzakirə etmək üçün Bavariya paytaxtında dünya liderlərini, siyasətçiləri və mütəxəssislərini bir araya gətirir.
Qeyd edək ki, konfransın rəhbəri Wolfqang Inşinger, ənənəvi forum tarixlərində fevral ayında keçiriləcək onlayn tədbirdən əlavə, bu il üz-üzə görüş təşkil edə biləcəyini gözləyir, lakin buna mövcud pandemiya şəraiti mane olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB