"Azərbaycan və Türkiyə bu fürsəti yüksək səviyyədə dəyərləndirəcək" Nurullah Gür

"Azərbaycan və Türkiyə bu fürsəti yüksək səviyyədə dəyərləndirəcək" Nurullah Gür

"Son iki ildə dünya, eləcə də ölkələrimiz həssas siyasi-iqtisadi dönəmdən keçir". SİA-nın verdiyi məlumata görə, bunu İstanbul Medipol Universitetinin SETA İqtisadi Araşdırmalar bölməsinin direktoru Nurullah Gür Yeni Azərbaycan Partiyasının və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda keçirilən videokonfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağın erməni işğalından azad edilməsi Azərbaycan və Türkiyə üçün iqtisadi baxımdan da əhəmiyyətlidir: "Belə ki, ölkələrimiz arasında yeni iqtisadi perspektivlər açılır".

Nurullah Gür əmin olduğunu ifadə edib ki, Azərbaycan və Türkiyə bu fürsəti yüksək səviyyədə dəyərləndirəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə