YAP Xaçmaz rayon təşkilatının hesabat yığıncağı keçirilib - FOTOLAR

YAP Xaçmaz rayon təşkilatının hesabat yığıncağı keçirilib - FOTOLAR

Bu gün YAP xaçmaz rayon təşkilatının Şura üzvlərinin, ərazi ilk partiya təşkilat sədrlərinin, partiya fəalllarının iştirakı ilə 2020-ci ilin yekunları və 2021-ci il üçün fəaliyyət planının təsdiqi ilə bağlı hesabat yığıncağı keçirilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Şəmsəddin Xanbabayev çıxış edərək Yeni Azərbaycan Partiyası Ümummilli Liderimiz, dünya şöhrətli siyasərçi, görkəmli dövlət xadimi Heydər Əliyevin sayəsində təşəkkül tapmış onun nurlu şəxsiyəti ətrafında sıx birləşərək möhkəmlənmiş və respublikamızın siyasi həyatında indiki mövqeyini tutmuşdur: "Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə alternativsiz siyasi qüvvə kimi qəbul olunması onun ötən illərdə hər bir fərdin arzu və istəklərinin təminatçısına çevrilməsi ilə şərtlənir. Çünki Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış etmişdir. Bugün İkinci Qarabağ müharibəsində şanlı zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Prezident İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı".

Ş.Xanbabayev bildirib ki, YAP Xaçmaz rayon təşkilatının 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasınnı Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının fəaliyyət planına və Mərkəzi Aparatın təlimat və göstərişlərinə əsasən qurduğunu qeyd etmişdir.

Hesabat yığıncağında bildirilib ki, il ərzində partiya sıralarına daxil olan üzvlərin mütləq əksəriyyəti sağlam düşüncəli, vətənpərvər, yüksək intellektə və biliyə sahib olan gənclərdir. YAP rayon təşkilatı ölkəmizdə baş vermiş ictimai-siyasi proseslərin gedişində yaxından iştirak edib.

Yığıncaqda YAP Xaçmaz rayon təşkilatının Aparat rəhbəri Fazil Rəhmətov, YAP Xaçmaz rayon təşkilatı Qadınlar şurasının sədri Sevinc Sədullayeva, YAP Xaçmaz rayon təşkilatı Gənclər Birliyinin sədri çıxış edərək, 2020-ci ilin yekunlarına həsr olunmuş hesabatı qənaətbəxş hesab ediblər. Çıxış edənlər Ali Baş Komandan, Partiyanın Sədri cənab İlham Əliyevin ətrafında sıx birləşərək respublikamızın qüdrətlənməsinə və çiçəklənməsi istiqamətində aparılan uğurlu işlərdə öz tövhələrini verəcəklərini bildiriblər.

Hesabat yığıncaqda Yeni Azərbaycan Partiyası İcra Aparatının məsul işçisi Rəfael Gülməmmədov çıxış edib.

R.HÜSEYNOV

Bütün xəbərlər Facebook səhifəmizdə