Türk ordusu İrqada PKK-nın “canına oxuyur”! ANALİTİKA

Türk ordusu İrqada PKK-nın “canına oxuyur”! ANALİTİKA

ABŞ və Qərb dairələrinin regionda xaos yaratmaq missiyaları yenə də puç oldu

Artıq qardaş Türkiyə mətbuatının yazıdqlarından da məlum olmaqdadır ki, ölkənin Silahlı Qüvvələri İraqda sol marksist silahlı terror təşkilatı kimi tanınan PKK-ya (Kürdüstan Fəhlə Partiyası) qarşı “Qartal caynağı 2” hərbi əməliyyatına başlayıb. Türkiyənin müxtəlif məqsədli hərbi birlikləri sərhəddən 30-35 km aralıda yerləşən İraqın şimalındakı Qara dağlarında irəliləyir.

Bu arada xatırlatmaq olar ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi əməliyatların başlaması ehtimalı barədə danışarkən xəbərdarlıq siqnallarını vermişdi. “Mən dəfələrlə demişəm və bir daha bəyan edirəm ki, Türkiyə Silahlı Qüvvələri günün istənilən vaxtında, gecə və gündüz Sincar rayonunda mövcud olan PKK güclərinin məhv edilməsi üçün əməliyyatlara başlamaq əzmindədir”, deyə qardaş ölkənin dövlət başçısı vurğulamışdı.

Türk kəşfiyyatı PKK-nın aparıcı şəxslərindən olan İbrahim Parımı ələ keçirib və qiymətli məlumatlar əldə edib

Çox yəqin ki, o bu barədə danışarkən, artıq Türkiyə SQ-nin Baş qərargahında “Qartal caynağı 2” antiterror əməliyyat planı hazır vəziyyətdə olub. Sözügedən əməliyyata hazırlıq maksimal cəhətdən qısa vaxtda həyata keçirilib, lakin əməliyyatın əldə etdiyi uğurları müşahidə edərkən, onun mükəmməl şəkildə hazırlanması da diqqətdən yayınmır. Misal üçün, türk kəşfiyyatın İraq ərazisində apardığı uğurlu işi nəticəsində PKK terror təşkilatının aparıcı şəxslərindən biri olan İbrahim Parımın ələ keçirilməsi və onun qiymətli məlumatları verməsi bu faktı kifayət qədər əsk etdirməkdədir.

Və eyni zamanda, kifayət qədər ehtimal etmək mümkündür ki, hərbi əməliyyata hazırlıqlar məhz ötən ilin dekabrında baş vermiş gərginliklərdən sonra başlayıb...

Bəllidir ki, qeyri-rəsmi olaraq, amerikalı hərbi kontingentləri SDF/YPG/PKK terror qrupları ilə gizli əməkdaşlığa malikdirlər

Həmin vaxt sol marksist YPG/PKK terror qrupu ağır silahlarla İraq Kürdüstanına müdaxilə edərək, pəşmərgələrlə silahlı qarşıdurmaya girişmişdilər. Tendensiya açıq-aşkardır – Suriyada nəzarətlərində saxladıqları mövqelərini möhkəmlənmək və orada mövcud olan amerikalılarla sıx əlaqədə olmaq. Bəllidir ki, qeyri-rəsmi olaraq, amerikalı hərbi kontingentləri SDF/YPG/PKK terror qrupları ilə gizli əməkdaşlığa malikdirlər. Bu baxımdan, PKK silahlıları indi də əsas vəzifə kimi İraqda, daha dəqiq desək İraq Kürdüstanında möhkəmlənməyi qarşılarına məqsəd kimi qoyublar. Halbuki, bu ərazilərdə onların mövcud olmalarına kimsə sevinmir...

Onu da qeyd edək ki, PKK İraqın pəşmərgə cinahını “milli satqınlar” kimi qiymətləndirir. Belə ki, pəşmərgələr Türkiyə ilə əməkdaşlığa üstünlük verirlər və bu məqsədlə sol marksist, habelə ateist Abdullah Öcalan (Bu qaniçən və uşaq qatili olan PKK lideri 1998-ci ildən İmralı adasında həbs yatır) ideologiyasına qarşı çıxırlar. Yeri gəlmişkən, fevralın 15-də Öcalanın türk özəl qüvvətləri və kəşfiyyatı tərəfindən saxlanılmasının üzərindən 22 ili tamam olacaq. Xatırladaq ki, 1998-ci ilin bu tarixində PKK lideri Yunanıstanın Keniyadakı səfirliyini tərk edərək, Nayrobi aeroportuna doğru istiqamət alarkən, türk SQ-i tərəfindən ələ keçirilmişdi.

İraq Kürdüstanı – pəşmərgələr Türkiyəyə sadiqlik nümayiş etdirirlər

Həmin vaxtdan indiyə qədər isə çox şeylər dəyişib, eləcə də kürdlər üçün də heç nə əvvəlki kimi deyil. Onlar ənənəvi olaraq heç vaxt bir millət kimi birləşməyiblər, buna səbəb isə qəbilələr arasında davam edən barışmaz savaşlar, qarşıdurmalardır. Ona görə də, kürdləri bütövlükdə anti-Türkiyə gücündə görmək doğru deyil. Məhz ötən illər ərzində kürdlərin çoxu Türkiyə ilə sülhə getməyə qərarlaşıblar – özlərinin və övladlarının sağlam və imkanlar açan gələcəyi üçün.

Lakin PKK Öcalanın mühakimə olunmasından hazırkı zamana qədər proqressiv hərəkatçılardan ultramühafizəkarlara dönüşüblər və bu vasitə ilə xalqı keçmişə zorla sürükləyir, Türkiyədə, İranda, İrqda, Suriyada bu yolla getməyən kürdləri isə münaqişə ocaqları yaradaraq öldürür, məhv edir. Ona görə də Ankaranın PKK ilə mübarizəsi, eləcə də “Qartal caynağı” timsalında çoxsaylı antiterror əməliyyatlar keçirməsi həm də Türkiyənin özünün sərhədlərinin strateji və s. təhlükəsizliyinin təminatı kimi də doyərləndirilməlidir. Təkcə Türkiyənin İraq Kürdüstanında biznes mühiti yaratması və regionun çiçəklənməsi üçün göstərdiyi səylərini də buraya əlavə edərsək, aparılan mübarizənin mühümlüyü bir daha özünü isbatlayır. Söhbət milyardlarla dollarlardan gedir ki, amerikalılar həmin ərazidə “xaos idarəçiliyi” yaratmağa çalışırlar.

Ankara və Tehranda PKK-nı terror təşkilatı kimi tanıyırlar, Vaşinqtonda isə SDF/YPG/PKK üçlüyünün silahlıları Amerikanın İŞİD-lə mübarizəsində etibarlı müttəfiq olaraq qəbul edilir

O da əbəs deyil ki, PKK-ya ən çox dəstək göstərən tərəf ABŞ-ın demokrat partiyasında yer alan ideoloji partnyorlarıdır. Belə ki, PKK ammerikalı demokratlar üçün Türkiyəyə, İrana qarşı işlədilən rahat alət rolunu oynayır. Məhz Ankara və Tehranda PKK-nı terror təşkilatı kimi tanıyırlar, Vaşinqtonda isə SDF/YPG/PKK üçlüyünün silahlıları Amerikanın İŞİD-lə mübarizəsində etibarlı müttəfiq olaraq qəbul edilir. Amerikalıların nəzərincə onlara toxunmaq olmaz və tooxunanlar dərhal “beynəlxalq terrorçuluğa qarşı mübarizəni zəiflətməkdə” ittiham edilirlər.

O da əbəs deyil ki, Türkiyənin “Qartal caynağı 2” antiterror əməliyyatı dərhal ABŞ-ın nəzarətindəki Qərb dairələrində “neoosmançılıq”, “türk ekspansiyası”, həm də Böyük Turançılıq kimi qiymətləndirilir.

Lakin bu cəhdlərin əbəs olduğu indidən məlumdur. Belə ki, Türkiyə SQ-ri İraqın ərazisində tam legitimdirlər və özəlliklə PKK-ya qarşı amansız mübarizə aparan İraq Kürdüstanının rəsmi dəvəti ilə oradadırlar. Məhz bu faktor qərblilərin “kürd xalqının xoşbəxt gələcəyi” adı altında reallaşdırılmağa səy göstərilən xaosunun, geosiyasi oyunlarının ayaq açmasına imkan vermir. Türkiyə ordusu isə sözün əsl mənasında “Qartal caynağı 2” antiterror hərbi əməliyyatı ilə PKK-nın “canına oxumaqda” davam edir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə