Azərbaycanla imzalanan bəzi əlavə sənədlər barədə məlumatlandırılmayıb Ermənistan XİN rəhbəri

Azərbaycanla imzalanan bəzi əlavə sənədlər barədə məlumatlandırılmayıb Ermənistan XİN rəhbəri

Ermənistanın xarici işlər nazirinə Azərbaycanla imzalanan bəzi əlavə sənədlər barədə məlumat verməyib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Tiqran Avinyan dünən parlamentdəki hökumət saatında danışıb.
Onun sözlərinə görə, David Bəy - Gorus yolu ilə bağlı da müəyyən bir razılaşma var.
Qeyd olunur ki, 11 fevral hökumət iclasından sonra jurnalistlərə verdiyi müsahibədə Ara Ayvazyan yalnız iki sənəddən, 9 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixlərində imzalanan sənəddən xəbərdar olduğunu söyləyib.
Əlbəttə ki, Ermənistan tərəfinin biabırçı məğlubiyyətindən sonra da, 44 günlük müharibə dönəmində olduğu kimi, bir çox informasiyaları, Azərbaycanın qələbələri fonunda uğurlarını işğalçı ölkə hökuməti daxili auditoriyadan gizlətməkdə davam edir. Bu separatçı ölkə hakimiyyəti öz uğursuzluqlarını isə ümumiyyətlə səlahiyyətlilərdən də gizli saxlayır.
Məsələ burasındadır ki, nəinki səlahiyyətlilər, eləcə də bütövlükdə ermənilər hadisələrin bundan sonra necə cərəyan edəcəyi məsələsinə görə çox narahatdırlar, hətta qorxurlar və bütün bunlar Ermənistan hakimiyyətinə olan inamsızlıqdan irəli gəlir. Çünki erməni cəmiyyəti ən yaxın keçmişə qədər, ələlxüsus sonuncu Qarabağ müharibəsi zamanı necə aldadıldığını nə unutmayıb, nə də istəsə belə unuda bilməyəcək. Ona görə ki, təkcə Ermənistanda yaşayan yox, bütövlükdə dünya erməniləri mövcud hakimiyyət tərəfindən yetərincə aldadılıb, nəticədə də onlar bu rüsvayçılıqları, acınacaqlı durumları ilə qarşılaşmaq məcburiyyətində qalıblar və narahatlıqları da, qorxuları da bu səbəbdəndir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə