“Siyasi müxalifət gücləri daxilində də sakitçilik müşahidə olunmur. Məsələ ondadır ki, 17 siyasi gücü birləşdirən “Vətəni xilas hərəkatı” de-fakto mövcud deyil, müxalif siyasi qüvvələr isə başqa formatda müəyyən olunmaq və baş nazir Nikol Paşinyanı hansı yolla istefaya göndərtməyi planlaşdırmaq qərarına gəliblər”.
SİA xəbər verir ki, bu barədə “Joxovurd” yazır və qeyd edir ki, hazırda belə bir formatda yalnız Ermənistanın keçmiş prezidentləri Serj Sarqsyan və Robert Koçaryan, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyan, Daşnaksyutun erməni inqilabi federasiyasının təmsilçisi İşxan Saqatelyan, “Vətən” partiyasının lideri Artur Vanetsyan, eləcə də müxalifət tərəfindən baş nazirliyə namizədliyi irəli sürülmüş Vazgen Manukyan çıxış edirlər.
“Lakin bu liderlər də bir-birlərinə etibar etmirlər və müxtəlif qruplarda bir-birinə qarşı loyallıqlarına şübhə edirlər”, deyə erməni nəşri yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB