Milli maraqlara və əməkdaşlığa əsaslanan enerji siyasəti - ŞƏRH

Milli maraqlara və əməkdaşlığa əsaslanan enerji siyasəti - ŞƏRH

Prezident İlham Əliyev: "Əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq"

Azərbaycan iqtisadiyyatının son illərdə inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft, xüsusilə də aqrar sektorun çəkisi sürətlə artmaqdadır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinin baş verməsinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olub. Bu, həm yeni açılan qeyri-neft müəssisələrinin sayında, həm də istehsal və ixrac olunan qeyri-neft məhsullarının həcmində, ən əsası isə işğaldan azad olunan torpaqlarımızda aparılacaq quruculuq və bərpa işlərində aydın şəkildə görünür və görünəcək. Bunu təmin etmək üçün isə ölkədə düzgün iqtisadi siyasətin tətbiq edilməsi zəruri şərtdir. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi unikal sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın innovativ inkişafı və dərindən şaxələndirilməsi həlledici rol oynamışdır.

Məhz Ali Baş Komandanımız, Prezident İlham Əliyev həyata keçirdiyi siyasətin nəticəsində 30 iillik həll olunmayan qondarma "Dağlıq Qarabağ" problemi sentyabrın 27-də erməni işğalçılarının təxribat nəticəsində baş verən Vətən Müharibəsi Müzəffər Ordumuzun əsgər və zabitlərinin şücaəti ilə 44 gün ərzində Böyük Qələbə Zəfərinə - Qarabağ Azərbaycandır NİDASINI qoydu. Artıq Azərbaycanın həyatında yeni dövr başlayıb. Bu gün ən əsas və prioritet olan işğaldan azad olunuan torpaqlarımızda quruculuq və bərpa işlərinin aparılması və bu uğurlu prosesdə Azərbaycana dost olan ölkələrin şirkətlərinin maraq göstərməsidir.

"Bərpa olunan enerji sahəsində böyük potensial var"

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonla görüşündə diqqəti işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinə yönəldərək, bildirmişdir ki, 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib və bərpa olunan enerji sahəsində böyük potensial var: "Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir. Hər şey dağılıb. Bərpa olunan enerji sahəsində böyük potensial var. Mən Britaniya şirkətlərinin bu məsələlərdə işləməyə maraq göstərdiklərini bilirəm".

"Enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir"

Bu fakt da inkaredilməzdir ki, enerji təhlükəsizliyi olmadan milli təhlükəsizliyin təmin edilməsi çətinləşir. Enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz bir hissəsidir. Dövlət başçısı İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edərkən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 7-ci toplantısının keçiriləcəyini önə çəkərək genişlənməkdə olan əməkdaşlıq formatlarının əhəmiyyətindən bəhs editmişdir Dövlətimizin başçısı İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət nazirini qəbul edərkən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 7-ci toplantısının keçiriləcəyini önə çəkərək genişlənməkdə olan əməkdaşlıq formatlarının əhəmiyyətindən bəhs etmişdir.

Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi

Haşiyə: Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin qazandırdığı uğurlar, investisiya axınının sürətləndirilməsinə açdığı yol bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapıb. Artıq Azərbaycan regional əməkdaşlıqdan çıxaraq beynəlxalq əməkdaşlığın inkişafına davamlı töhfələr verir, dünyanın enerji xəritəsini yenidən dəyişir. Artıq çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin sonuncu tərkib hissəsi - TAP 2020-ci il dekabrın 31-də istismara verildi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etidiyi kimi, Cənub Qaz Dəhlizi ümumi maraqları əks etdirən layihədir, 1994-cü ildə təməli qoyulan enerji strategiyasının tərkib hissəsidir. 1994-cü ildən bu günə qədər həyata keçirilən enerji layihələrinin xronologiyasına diqqət yetirsək bir daha şahid olarıq ki, bu nəhəng layihələr sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu nəhəng layihələr sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Artıq Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkə kimi regionda rolunu artırır, Cənub Qaz Dəhlizi görülən işlərin zirvəsi kimi dəyərləndirildi. 2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı imzalanan müqavilə Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi oldu. Həmçinin, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri (TAP) TANAP-ın davamı olaraq seçildi. Getdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinin nəticəsi olaraq 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi, 2019-cu ildə Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılışı, ötən ilin dekabrında TAP-ın istifadəyə verilməsi...

Bir sözlə, bu reallıqlar dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslandığının göstəricisidir. Prezidenti İlham Əliyev Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən "Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var" söyləyərək BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə əminliyini ifadə etmişdir. "Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq",-deyən Prezident İlham Əliyev onu da bildirib ki, BP bizim strateji tərəfdaşımızdır: "Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. "Əsrin müqaviləsi»nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir".

Onun sözlərinə görə, Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var: «BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir".

Prezident İlham Əliyev qeyd edib ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq: "Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır. Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq".

Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq

Dövlətimizin başçısı daim bu inamı ifadə edir ki, gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq. Bu işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərinin həyata keçirilməsi başa çatdıqdan sonra soydaşlarımızın Böyük Qayıdışı bu ərazilərimizin malik olduğu potensialdan səmərli istifadələrini təmin edəcək ki, bu da öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi deməkdir. Çünki Azərbaycanın inkişafı göz qabağındadır. Ölkəmizdə həyata keçirilən çoxsahəli, çoxşaxəli və davamlı islahatlar istər Dünya Bankı, istərsə də digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən izlənilir və qiymətləndirilir. Bütün bunlar Azərbaycanın dünyanın sayılıb-seçilən ölkələrindən olduğunu bir daha təsdiqləyir. Məhz bu iqtisadi inkişafın nəticəsidir ki, Azərbaycan bu gün ən islahatçı ölkələr sırasında qərarlaşıbdır. Dünya Bankı Qrupunun mühüm nəşrlərindən olan «Doing Business» hesabatında Azərbaycan bir daha dünyanın 190 ölkə arasında "Ən islahatçı on ölkə"si sırasına daxil edilməsi bu islahatların kifayət qədər düşünülmüş strategiyaya əsaslanmasının daha bir sübutudur.

"Enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir"

Dövlət başçısı enerji sahəsində əməkdaşlığın iki ölkə arasında tərəfdaşlığın möhkəmlənməsində mühüm amil olduğunu bildirib: "Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir. Biz böyük layihə olan Cənub Qaz Dəhlizini tamamlamağa çox şadıq. Bilirsiniz ki, BP bizim strateji tərəfdaşımızdır. Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. "Əsrin müqaviləsi"nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir. Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri və keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var. BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir".

"Əlbəttə ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar bizə ölkəni müasirləşdirməyə çox kömək edib. Bu investisiyalar əsasən enerji sektoruna yatırılmışdır - demək olar ki, 30 milyard dollardır",-deyən dövlət başçısı qarşıdakı illlərdə də Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq: "Bu, bizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını vermişdir. Ona görə də mən əminəm ki, qarşıdakı illərdə bizim diqqətimizi cəmləşdirəcəyimiz əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq".

Sonda Prezident İlham Əliyevin böyük əminliyindən qaynaqlanan fikirlərlə ölkəmizin çağdaş enerji təhlükəsizliyi ilə bağlı təhlilimizi yekunlaşdırırıq: "Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq. Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!''

Bir sözlə, bütün bunlar yenicə qarşıladığımız 2021-ci ilin də növbəti uğurlu 10 illiklərə doğru atılacaq addamların tərkib hissəsi olacaqdır.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə