Paşinyan Qarabağda silahlı erməni birləşmələrinin ləğvində maraqlıdır - ANALİZ

Paşinyan Qarabağda silahlı erməni birləşmələrinin ləğvində maraqlıdır - ANALİZ

“Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında fəaliyyət göstərən separatçıların rəhbəri Araik Arutunyanın Yerevanda baş nazir Nikol Paşinyanla görüşüb. Göründüyü kimi, bu rəsmi görüşdə artıq "Artsaxın bayrağı" yoxdur. Ermənistan tərəfi Araik Arutunyanın "hökumətini" qəbul etmir. Baş nazir Nikol Paşinyanla Qarabağda infrastrukturun qurulması barədə danışıqlar aparılması deyilsə də, əsas məsələ Ermənistanın artıq Qarabağa hərbçilərin göndərməməsi və "müdafiə ordusunun" buraxılması məsələsi müzakirə edilib. Bu da Araik Arutunyanı narahat edir”. SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspert bildirib ki, ümumiyyətlə, baş nazir Nikol Paşinyan da Qarabağda silahlı erməni birləşmələrinin ləğvində maraqlıdır: “Çünki buradakı silahlı erməni birləşmələri Yerevanın nəzarətindən kənarda Qarabağ klanına yaxındır və potensial olaraq Yerevanda dövlət çevrilişinə cəhddə istifadə edilə bilər. Ona görə də, Nikol Paşinyan Araik Arutunyanın "hökumətini" və "bayrağını" Ermənistan üçün təhlükəli ssenari hesab edir və üçtərəfli Bəyannaməyə uyğun olaraq Ermənistanın blokadadan çıxarılması və ölkəsini Qarabağ məsələsində ilişdirib saxlamaq istəmir”.

M.Əsədullazadə vurğulayıb ki, Nikol Paşinyan bilir ki, növbəti Qarabağ avantürası mümkün deyil: “Araik Arutunyanla bu görüşdə "müdafiə ordusunun" onsuz da Ermənistan bura hərbçilər göndərmir və "xarici işlər nazirliyinin" ləğvi müzakirə edilə bilər. Rusiya Qarabağda silahlı erməni birləşmələrinin ləğvində maraqlı görünmür. Daimi münaqişəni bu müstəvidə saxlamağa çalışa bilər. Amma Türkiyə faktoru, Rusiyanı güzəştə cəlb edəcək. Türkiyənin Qarabağda olması geosiyasi dəyişiklikdir və burada ermənilərin iddia etdikləri "Artsax Respublikası" olmayacağı deməkdir. Bu xüsusda prezident İlham Əliyev Türkiyə ilə birgə koordinasiyalı çalışması, Cənubi Qafqazda strateji dönüş yaratdı”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə