Çingiz Qənizadəni YAP-a üzv olmağa vadar edən səbəb sən demə bu imiş SABİQ DEPUTAT SƏBƏBİNİ AÇIQLADI

Çingiz Qənizadəni YAP-a üzv olmağa vadar edən səbəb sən demə bu imiş SABİQ DEPUTAT SƏBƏBİNİ AÇIQLADI

Milli Məclisin sabiq deputatı Çingiz Qənizadənin Yeni Azərbaycan Partiyasına üzv olması barədə informasiya yayılıb. Yayılan xəbəri dəqiqləşdirmək üçün Çingiz Qənizadənin özü ilə əlaqə saxladıq. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə yayılan məlumatın doğru olduğunu bildirdi.

Deputat SİA-ya açıqlamasında bunları dedi: “Ölkəmizin ictimai-siyasi həyatında aktiv fəaliyyətimlə seçilsəm də, heç bir siyasi partiyanın üzvü deyiləm. Prezidentin uzaqgörən siyasətini və gördüyü bütün işləri həmişə dəyərləndirmişəm. Onu da qeyd edim ki, mənim ictimai-siyasi fəaliyyətimi yüksək qiymətləndirərək, cənab Prezident 2017-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə “Şöhrət” ordeni ilə təltif edib. Lakin 44 günlük Azadlıq və Vətən müharibəsi zamanı İlham Əliyevin Ali Baş Komandan və Prezident kimi qətiyyətini, uzaqgörən siyasi taktikalarını və nəhayət bir Sərkərdə kimi qürurverici keyfiyyətlərini bir daha gördükdən sonra məndə belə bir sual yarandı: niyə İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmayım?

Odur ki, mən partiya sıralarına qəbul olunmağım üçün YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına məktubla müraciət etdim. Bundan sonra prosedur qaydalar başlanıldı. Prosedura uyğun olaraq, Binəqədi rayonu ərazisində yaşadığım nəzərə alınaraq, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Aparatı ərazi ilk partiya təşkilatı İdarə Heyətinin 09.02.2021-ci tarixli iclasının qərarı ilə partiya sıralarına qəbul edildim. 10 fevral 2021-ci il tarixdə isə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclasında partiya sıralarına üzvlüyüm təsdiq edildi. Beləliklə, mən bundan sonrakı siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası sıralarında davam etdirəcəyəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə