“Ermənistan çox istəyib, azdan məhrum oldu” KOROTÇENKO

“Ermənistan çox istəyib, azdan məhrum oldu” KOROTÇENKO

“Ermənistan noyabrın 10-da imzalanan bütün razılaşmaları tam şəkildə həyata keçirməlidir”. SİA-nın məlumatına görə, bu fikirlərlə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru, siyasi şərhçi İqor Korotçenko keçirilən mətbuat konfransında bildirib.

Korotçenko Ermənistanın sabiq prezidenti Robert Koçaryanın siyasətə qayıdışı məsələsinə də eyham vuraraq bildirib ki, hazırda Ermənistanda siyasi böhran davam edir, lakin erməni xalqı ölkəni səmərəsiz şəkildə idarə etmiş şəxslərin geri qayıtmasını da istəməyəcək. “İndi bu ölkədəki vəziyyət Puşkinin məşhur nağılını xatırladır: Ermənistan çox istəyib, azdan da məhrum oldu”, deyə rus politoloq bildirib.

O, hesab edir ki, Azərbaycanla güc dilində danışmaq mümkün deyil. Belə ki, bu ölkə qalibdir və eyni zamanda çoxşaxəli inkişaf etməkdə davam edir.

“Azərbaycan çox effektiv və dinamik şəkildə inkişaf edir. Bu, bütün millətlərin bərabər olduqları, özlərini eyni dərəcədə yaxşı hiss etdikləri, bütün mədəniyyətlərin və dinlərin qorunduqlarını hiss etdikləri dünyəvi dövlətdir”, Korotçenko qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə