İCAPP-ın keçmiş Baş katibi Koreyanın XİN rəhbəri təyin edilib FOTOLAR
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) keçmiş baş katibi, qurumun daimi komitəsinin həmsədri Çung Eui-Yong Koreya Respublikasının xarici işlər naziri təyin edilib. SİA-nın verdiyi məlumata görə, ICAPP-ın baş katibi olaraq, cənab Çung Eui-Yong Yeni Azərbaycan Partiyası ilə sıx əməkdaşlıq münasibətlərinin inkişafına hər zaman xüsusi önəm vermiş, Azərbaycanla Koreya Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafına mühüm töhfələr verib.
Qeyd edək ki, cənab Çung Eui-Yong İCAPP-ın Daimi Komitəsinin üzvü kimi Yeni Azərbaycan Partiyasının dəvəti ilə dəfələrlə Azərbaycanda səfərdə olub.
Cənab Çung Eui-Yong, Azərbaycanın beynəlxalq aləmdəki böyük nüfuzunu, ölkəmizdəki sürətli inkişafı və YAP-ın bu uğurlardakı rolunu hər zaman yüksək qiymətləndirərək təşkilatın VII Baş Assambleyasının Bakıda keçirilməsi barədə qərarın təşəbbüskarı olub.
Cənab Çung Eui-Yong, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar qolunun 3-cü iclasında, həmçinin Gənclər Qolunun 2-ci toplantısında iştirak edib.
Koreya Respublikasının indiki xarici işlər naziri cənab Çung Eui-Yong 2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində ICAPP-ın baş katibi olaraq müşahidəci kimi də iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB