Əsir düşənlərin qohumları Gümrü-İrəvan yolunu bağlayıblar. SİA xəbər verir ki, bunu Şirak bölgəsi administrasiyasının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Araksiya Kirakosyan news.am saytına müsahibəsində söyləyib.
“Şirak valisi Ovhanes Harutyunyan əsir düşənlərin yaxınları ilə danışıqlar aparıb. Gün ərzində Şirak Polis İdarəsinin rəisi Aram Kazaryan da onlarla danışıqlarda iştirak edib. Onun vasitəçiliyi və səyləri ilə sabah Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə görüşmək şərti ilə yolun açılması barədə razılıq əldə edilib”, deyə Araksiya Kirakosyan bildirib.
Göründüyü kimi, Ermənistanda narazılıq dalğası getdikcə ölkənin digər bölgələrini də əhatə edir. Bu işğalçı ölkə vətəndaşlarının narazılıqları bitən, qurtaran deyil. Çünki Ermənistan hökuməti tamamilə yanlış siyasət yürüdür, yanlış strategiya seçib. Belə davam edəcəyi təqdirdə, nümayişlər, aksiyalar biri digəri əvəz edəcək, davamlı olacaq. Hazırda işğalçılıq siyasətinin acı nəticələrini ermənilər özləri yaşayırlar və bütün narazılıqların, qarışıqlığın, xaosun kökündə məhz bu ölkənin terrorçuluq, separatçılıq siyasəti, yanlış strategiyası durur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB