ABŞ-ın Respublikaçılar partiyasının təmsilçiləri olaraq müxtəlif postlar tutan 100-dən çox amerikalı siyasətçi yeni sağ mərkəzçi siyasi partiyanın yaradılmasını müzakirə edirlər. SİA xəbər verir ki, bu haqda Reuters agentliyi diskusiyalarda iştirak edən 4 nəfər mənbəsinə istinadən yazır. Onlar yeni siyasi gücün yaradılması təşəbbüsünü ABŞ-ın sabiq prezidenti Donald Trampın siyasəti ilə razı olmadıqlarına, eləcə də Respublikaçılar partiyasının üzvlərinə qarşı arzuolunmaz reaksiyasına görə irəli sürüldüyünü bildirirlər.
“Respublikaçılar partiyasının əhəmiyyətli hissəsi daha çox radikallaşmağa başlayıb və Amerika demokratiyasına təhlükə saçır”, deyə müstəqil siyasətçi Evanna Makmallina agentliyə açıqlamasında bildirib. Onun sözlərinə görə, partiya gərək öz doğruluğunu düşüncəsi və əsaslı idealları ilə sübuta yetirsin, əks halda yenisinin yaradılması vacibliyi əmələ gəlir.
Makmallin xəbər verib ki, fevralın 5-də Respublikaçılar partiyasının üzvü olmuş 120-dən çox siyasətçi məmur videokonfrans keçirərək gələcək fəaliyyət üçün 2 variant hazırlayıb: yeni sağ mərkəzçi partiyanın təsisi və Respublikaçılar partiyası daxilində, yaxud onun hüdudlarından kənarda siyasi fraksiyanın yaradılması. “Onların hər biri prinsipial konservatizm dəyərlərinə qayıtmağın tərəfdarlarıdırlar. Bu da əsas olaraq ABŞ Konstitusiyasına və ali qanuna sədaqətlik dayanır. Bu dəyərləri isə, məhz Vaşinqton administrasiyasının sabiq rəhbəri Donald Tramp pozub”, Makmallina bildirib. Onun sözlərinə görə, müzakirələrdə həmçinin keçmiş ABŞ prezidentləri Ronald Reyqanın, böyük Corc Buşla kiçik Corc Buşun, həmçinin Donald Trampın əməkdaşları iştirak ediblər.
“Siyasətçilər seçkilərdə öz namizədlərini irəli sürmək və onların dəyərlərini bölüşən istənilən namizədlərə dəstək vermək niyyətində olduqlarını bildiriblər”, deyə verilən məlumatda qeyd olunur ki, yeni siyasi partiyanın adlandırılması ya Integrity Party ya da Center Right Party olacaq.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB