Dövlət Duması cərimələri artırdı

Dövlət Duması cərimələri artırdı

Mitinqlərdə törədilən qanun pozuntularına görə Dövlət Duması cərimələri artırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Dövlət Duması mitinqlərin hazırlanmasında və keçirilməsində qanun pozuntularına görə məsuliyyətin artırılması ilə bağlı üçüncü və son oxunuşda qanun qəbul edib.
Sənədə əsasən, mitinq iştirakçılarının hüquq-mühafizə orqanlarının əməkdaşlarına itaətsizliyinə görə cərimə artırılır və mitinqlərin maliyyələşdirilməsi qaydalarının pozulması halında cəza tətbiq edilir. Təşəbbüsün müəllifi Vahid Rusiyadan olan deputat Dmitri Vyatkindir.
Qanunla tətbiq olunan məsuliyyət tədbirləri sadalanıb. Belə ki, polis məmurlarının qanuni əmrinə tabe olmamağa görə artıq min deyil, 4 min rubl cərimə və ya 30 günə qədər inzibati həbs, yaxud 120 saata qədər məcburi iş, təkrar itaətsizliyə görə 20 min rubla qədər cərimə, 200 saata qədər məcburi iş, ictimai tədbirlərin keçirilməsi üçün pul toplama və xərcləmə prosedurunun pozulmasına görə vətəndaşlar üçün 20 min rubla qədər, hüquqi şəxslər üçün 200 min rubla qədər cərimə nəzərdə tutulur.
Heç şübhəsiz ki, cərimələrin artırılması, inzibati tədbirlərin sərtləşdirilməsi vətəndaşların kütləvi etiraz aksiyaları zamanı qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədi ilə nəzərdə tutulur. Rusiyada son zamanlar müşahidə olunan etiraz nümayişlərinin fonunda bu sənədin qəbul edilməsi görünür, Rusiya hakimiyyəti üçün öz aktuallığını qoruyur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə