YAP Biləsuvar rayon təşkilatının növbəti hesabat yığıncağı keçirilib - FOTOLAR

YAP Biləsuvar rayon təşkilatının növbəti hesabat yığıncağı keçirilib - FOTOLAR

Dünən YAP Biləsuvar rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. YAP Biləsuvar rayon təşkilatı Şura üzvləri və ərazi ilk partiya təşkilat sədrləri, aktiv partiya fəallarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov tədbir iştirakçılarını salamlayıb və hesabat yığıncağının növbəti illərdə böyük uğurla əldə edəcəyinə əminliyini bildirib.

Hesabat yığıncağında YAP Biləsuvar rayon təşkilatının sədr müavini, aparat rəhbəri Əjdər Niftiyev hesabat məruzəsi ilə çıxış edərək, ötən ilin ən önəmli hadisəsi kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşərək torpaqlarımızın işğaldan azad edilməsindən, Vətən müharibəsindəki uğurlarımızdan, COVİD-19 pandemiyasına qarşı mübarizədən və bu dövrdə rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Ə.Niftiyev YAP Biləsuvar rayon təşkilatının 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurduğunu bildirib və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb.

Daha sonra Ə.Niftiyev qeyd edib ki, ərazilərdə gənclərlə və qadınlarla aparılan iş YAP Biləsuvar rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanılıb. İyun ayında rayon təşkilatının 2020-ci ilin birinci yarımillik, dekabr ayında isə illik statistik hesabatları tərtib edilib, statistik uçot dəqiqləşdirilib. Statistik hesabata görə, hazırda rayon təşkilatı 71 ərazi ilk partiya təşkilatı üzrə 5493 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 1644 nəfəri qadınlar,1664 nəfəri isə gənclərdir.

Daha sonra hesabat məruzəsi ətrafında müzakirələr aparılıb. Çıxış edənlərdən YAP Mərkəzi Aparatın Mil Muğan Zonası üzrə kurator Həsən Daşdəmirov, Biləsuvar rayon icra hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, YAP Biləsuvar rayon təşkilatı Nəzarət Təfdiş Qrupunun sədri Kazım Mənsimov, 33 saylı şəhər ərazi ilk partiya təşkilatının sədri Xalid Əliyev görülən işlərdən danışıb, təşkilatın üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd edib və 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini məqsədəuyğun hesab ediblər.

Tədbirdə YAP Biləsuvar rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib və 2021-ci il üçün Fəaliyyət Planı qəbul olunub.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə